Accessibility links

Oğul Trampla Veselnitksayanın görüşündə iştirak edən daha iki nəfərin adı açıqlanıb


2016-cı ilin iyun ayında Trump Qülləsində Donald Trampın prezidentlik kampaniyasının üzvləri ilə rusiyalı vəkil arasında keçirilən görüşdə iştirak edən iki nəfərin daha adı açıqlanıb.

Cümə günü mətbuat orqanları vəkil Natalya Veselnitskaya ilə birlikdə Donald Trampın böyük oğlu ilə keçirdiyu görüşdə iki rusiyalı amerikalı Anatoli Samorçonov və Rinat Axmetşin iştirak etdiyini bildirib. İlk öncə görüş zamanı Rusiyada amerikalıların rus uşaqları övladlığa götürmələrinə qadağa tətbiq edən qanunun müzakirə olunduğu bildirilirdi.

Lakin bu həftə oğul Tramp ona atasının rəqibi Hillari Klintona zərər verəcək məlumatların veriləcəyi üçün görüşə getdiyini açıqlayıb.

Cümə günü Axmetşin Vaşinqton Post qəzetinə görüşdə iştirak etdiyi deyib. Daha sonra isə MSNBC tərcüməçi olan Samorçonovun da görüşdə iştirak etdiyi barədə məlumat yayıb. Onun bir zamanlar ABŞ Dövlət Departamentində layihə meneceri kimi fəalliyyət göstərdiyi bildirilir.

Adları şikayətdə hallanıb

Həm Axmetşin həm də Samoçornovun adları 2017-ci ilin aprek ayında Rusiya höküməti ilə Tramp kampaniyası arasında mümkün işbirliyini təhqiq edən Senatın Ədliyyə Komitəsinin istintaqında hallanıb.

2009-cu ildə ABŞ vətəndaşı olan, eyni zamanda isə Rusiya vətəndaşlığını saxlayan Axmetşin ABŞ-ın insan haqları pozuntuları səbəbilə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əleyhinə lobbiçilik edib.

Natalya Veselnitskaya
Natalya Veselnitskaya

Axmetşin Vaşinqton Post-a bildirib ki, onun həmin görüşdə iştirak etməsinə dair qərar son anda verilib. O deyib ki, həmin gün o, Veselnitskaya ilə birlikdə Tramp Qülləsinə yaxın bir yerdə nahar edirdi və daha sonra Veselnitskaya onu görüşə əvət edib.

Axmetşin 1980-ci illərin ortasında Rusiya ordusunda xidmət göstərdiyi zaman Sovet kəşfiyyatında çalışdığını deyib. O, əksər sovet vətəndaşları kimi 18 yaşında hərbi xidmətə çağırıldığını bildirib.

“Rusiyada anadan olmağım, Kremlin casusu olduğum demək deyil”, deyə Axmetşin bu yaxınlarda Politico-ya sööyləyib.

Senator Çak Qrassli
Senator Çak Qrassli

Mart ayında Senatın Ədliyyə Komitəsinin sədri Çarls Qrassli Axmetşinin Rusiya ilə olan əlaqələrini kiçiltməsini sual edib. Həmin ay o, ABŞ Ədliyyə Nazirliyinə şikayət göndərib. Şikayətdə Qrassli Tramp kampaniyasının Rusiya ilə insan haqları pozuntularına qarşı Rusiyaya tətbiq olunan sanksiyalarla bağlı razılıq əldə etdiklərini iddia edib.

Qrassli Axmetşin daxil olmaqla Kremlin adından ABŞ qanunun ləğv edilməsinə çalışan rusların “xarici agent” kimi qeydiyyatdan keçib-keçməməli olduqlarını sual edir.

Oğlunu müdafiə edir

Cümə axşamı prezident Tramp böyük oğlunun Tramp Qülləsindəki görüşünə bəraət qazandırıb.

“Fikrimcə, onun yerində olan bir çox insan bunu edərdi”, deyə o bildirib.

“Bu, rəqibinlə bağlı araşdırma adlanır. Siyasətdə bu, standart bir haldır”, deyə Tramp Parisdə keçirilən mətbuat konfransında bildirib.

Aylardır müşavirlərinin seçki zamanı ruslarla əlaqələri ilə bağlı istintaqlar aparılan Tramp “görüş zamanı heç nə baş verməyib. Əslində mən mətbuatın bu məsələni şişirdiyini düşünürəm” deyib.

“Oğluma gəldikdə isə, mənim oğlum çox gözəl bir gəncdir. O, rusiyalı vəkillə görüşüb, hökümət vəkili ilə deyil. Həmin görüş isə çox qısa sürüb”, Tramp söyləyib.

Oğul Trampın ifadə verməsi istənilir

Vaşinqtonda Rusiyanın seçkiyə müdaxiləsini araşdıran yüksək səviyyəli qanunverici oğul Trampa məktub göndərərək, onu 2016-cı ilin iyun ayında Tramp Qülləsinə keçirdiyi görüşlə bağlı ifadə verməyə çaırıb. Oğul Tramp könüllü olara ifadə verməyə hazır olduğunu desə də, Qrassli lazım olsa, onun məhkəməyə çağırılacağını bildirib.

Qrasslinin komitəsi Konqresdə Tramp kampaniyasının Rusiya ilə mümkün əlaqələrini araşdıran panellərdən biridir. Keçmiş FBI direktoru, xüsusi prokuror Rober Mueller isə seçkiyə müdaxilə və Trampın Ceyms Komini işdən çıxarmaqla ədaləti əngəlləyib-əngəlləməməsini təhqiq edən istintaqa başçılıq edir.

Nümayənələr Palatasının spikeri Pol Rayan Trampın oğlunu Qrasslinin ifadə vermək tələbini yerinə yetirməyə çağırıb.

XS
SM
MD
LG