Accessibility links

Donald Tramp: Çikaqo yürüşünü Berni Sanders və onun tərəfdarları təxirə salıb


ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp demokrat namizəd Berni Sanders və onun tərəfdarlarını Çikaqo yürüşünü təxirə salınması məcbur etdiklərində günahlandırıb.

Vermond senatoru bizim kommunist dostumuzdur

​Cümə günü axşam keçiriləcək yürüşdən öncə Trampın tərəfdarları ilə onun opponenentləri arasında qarşıdurma olub. Polisin müdaxiləsi nəticəsində 5 nəfər nəzarət altına alınıb.

Etirazçılar "Berni, Berni" şüarları səsləndirib.

Dünən Ohayo ştatının Klevland şəhərində keçirilən seçkiqabağı kampaniyası zamanı Tramp deyib ki, Vermond senatoru bizim kommunist dostumuzdur.

“Bu insular haradan gəlib? “-deyə Tramp sual edib.

Sanders isə kampnaiyasının etiraz aksiyasını təşkil etdiyini inkar edib. O, Trampı kəskin retorikalarına görə tənqid edib.

“Zorakılıqlara Trampın ispandillilər, müsəlmanlar və qadınlar, habelə əlillər arasında nifrət və ayrı-seçkiliyi təbliğ etməsi yol açıb”-deyə sanders bildirib.

ABŞ prezidenti Barak Obama da mübahisələrə tənqidi münasibət bildirib. Obama deyib ki, namizədlər Amerikanı inkişafına diqqət yetirməlidir, irqlər və dinlərarası parçalanmalara deyil.

Trampın respublikaçı rəqibləri də onu insanları zorakılıqra təşviq etməkdə günahlandırıb.

Namizədlər Amerikanı inkişafına diqqət yetirməlidir, irqlər və dinlərarası parçalanmalara deyil

Texas qubernatoru Ted Kruz deyib ki, kampaniyalar zamanı mətbuat işçilərinə qarşı zorakılıqlara şərait yaradılırsa, bu, iyrənc münaqişə atmosferinin baş qaldırmasına yol açır.

Bu arada, Kruz Vayominq ştatında respublikaçıların praymerisində qələbə əldə edib. Rubin və Tramp hərəsi bir nümayəndə qazanıb.

Paytaxt Vaşiqntonda Rubio Keysik üzərində üstünlük əldə edib. Tramp üçüncü yeri qazanıb. Rusibi 10, Keysik isə 9 nümayəndə əldə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG