Accessibility links

Donald Tramp Berni Sanderslə debat keçirməkdən imtina edib


Respublikaçılar partiyasından prezidentliyə nominasiya ediləcəyi təxmin edilən Donald Tramp demokrat namizəd Berni Sanderslə debat keçirməkdən imtina edib.

Trampın bəyanatında deyilir ki, o, partiyasının praymeridə qələbə əldə etdiyi üçün onun yarışlarda rəqibindən geri qalan namizədlə debat keçirməsi düzgün olmaz. O, demokratların çox güman ki, namizədi olacaq Hillari Klnton ilə debat keçirmək arzusunu dilə gətirib.

Demokratların praymerisi iyunun 7-də Kaliforniyada baş tutmalıdır.

Trampa Sanderslə debatının mümkün olub-olmadığı soruşulduqda o, 10 milyon dollarlıq vəsaitin qadınların sağlamlığı üçün xeyriyyə məqsədi ilə istifadə olunacağı təqdirdə buna razı olacağını bildirib.

Sanders də öz növbəsində çox keçmədən təklifi qəbul edib.

“Mübarizə davam edir. Mən iyulun 7-də keçiriləcək səsvermədən öncə Donand Trampla debatı səbirsizliklə gözləyirəm,” deyə Sanders öz Twitter səhifəsində yazıb.

Trampın debatdan imtina etməsinə cavab olaraq Sanders onu qorxaq adlandırıb.

Respublikaçı və Demokrat partiyalarından ABŞ prezidentliyinə namizədlər seçkilərdə partiya adından iştirak etmək uğrunda mübarizə zamanı ümumi 20 əsas debat keçirib.


Adətən namizədlər partiyalarından nominasiya edilənədək öz aralarında debatlar keçirir.

Rəy sorğularına görə, Klinton Sandersdən 9 xal öndədir.

XS
SM
MD
LG