Accessibility links

Donald Tramp Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib


Donald Tramp Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

ABŞ prezidenti bu açıqlama ilə Cənubi Koreya və Yaponiya liderləri ilə görüşdən əvvə çıxış edib. Görüş zamanı Pxenyanla qarşıdurma strategiyası müzakirə ediləcək.

Tramp Cənubi Koreya prezidenti Mun Jae-in və Yaponiyanın baş naziri Şinzo Abe ilə Nyu-Yorkda, BMT-nin Baş Assambleyasının toplantısı çərçivəsində ayrı-ayrı görüşlər keçirəcək.

Prezident yeni sanksiayaların tətbiqini bəyan etsə də, onların əvvəlki sanksiyalardan fərqi barədə məlumat verməyib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yekdilliklə Şimali Koreyanın 3 sentyabr tarixində keçirilən nüvə sınağına cavab olaraq yeni sanksiyaları təsdiq edib.

Qətnaməyə edilən əlavələr Şimali Koreyanın öz nüvə və ballistik raket proqramlarını maliyyələşdirmək imkanını kəskin şəkildə məhdudlaşdıracaq.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bazar ertəsi Təhlükəsizlik Şurası üzvlərinə deyib ki, dünya nüvə ilə silahlanmış Şimali Koreyanı heç zaman qəbul etməyəcək.

ABŞ prezidenti Donald Tramp BMT-nin Baş Assambleyası qarşısında ilk çıxışında Şimali Koreya, İran və Venesuelanı xüsusi qeyd edərək bu ölkələri tənqid hədəfinə çevirib. O, Şimali Koreya təhlükəsini dünyada başlıca qlobal risk adlandırıb.

Prezident Tramp tribunaya qalxan zaman nümayəndələrlə dolu zalda Şimali Koreya səfirinin yeri boş idi.

ABŞ prezidenti söz seçimində çətinlik çəkməyərək, Şimali Koreya liderini “raket adam” adlandırdı.

“Birləşmiş Ştatlar böyük gücə və təmkinə malikdir, amma özünü və ya müttəfiqlərini müdafiə etməyə gələndə, bizim Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz qalmayacaq. Raket adam özü və rejimi üçün intihar missiyasını həyata keçirir.”

XS
SM
MD
LG