Accessibility links

Tramp seçki kampaniyası ilə Rusiya arasında heç bir əlaqənin olmadığını deyir


ABŞ prezidenti Donald Tramp deyib ki, keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinin Trampın Ağ Evə keçidi zamanı etdikləri “qanuni idi.”

“Mən general Flini vitse-prezident və FBI-a yalan söylədiyinə görə işdən çıxarmalı oldum. Ayıb olsun. Onun keçid zamanı etdikləri qanunauyğun idi. Gizlətməli heç nə yox idi,” deyə tramp Twitterdə yazıb.

Daha öncə şənbə keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flin federal müstəntiqlərə yalan söylədiyini etiraf edəndən sonra ilk dəfə bu məsələ ilə bağlı şərh verən ABŞ prezidenti Donald Tramp seçki kampaniyası ilə Rusiya arasında “heç bir əlaqənin” olmadığını bildirib.

“Heç bir əlaqə olmayıb, heç bir,” deyə Tramp şənbə günü səhər Ağ Evi tərk edərək respublikaçıların Nyu York şəhərində keçirdiyi ianə tədbirlərinə getmədən öncə söyləyib.

Flin federal agentlərə yalan söylədiyini etiraf edib və Rusiyanın 2016-ci il prezident seçkisinə müdaxiləsini eləcə də Moskva ilə Tramp kampaniyası arasında mümkün əlaqələri təhqiq edən istintaqa yardım etməyə razılaşıb.

Maykl Flin
Maykl Flin

Vaşinqtonda federal hakim qarşısına çıxan təqaüdə çıxan 59 yaşlı ordu generalı Flin Federal Təhqiqat Bürosuna 2016-cı ilin dekabr ayında Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak ilə apardığı gizli danışıqlar ilə bağlı yalan ifadə verdiyini etiraf edib.

Bu ittiham ilə o beş il müddətinə həbs cəzası ilə üzləşə bilər, lakin ortalama həbs cəzaları 0 ilə 6 ay arasında olur.

Prokurorlar Flin xüsusi müstəntiq Rober Müllerin istintaqına əhəmiyyətli yardım etsə, onun üçün daha yüngül cəza istəyəcəklərini bildirib. Hələ ki, hökmün nə zaman çıxarılacağı məlum deyil.

Etirafının bir hissəsi olaraq, Flin Müllerin komandası ilə tam əməkdaşlıq etməyə, onların suallarını cavablandırmağa, yazılı ifadələr verməyə, poliqraf testlərindən keçməyə və gizli hüquq-mühafizə əməliyyatlarında iştirak etməyə razılaşıb. Bunun müqabilində Müllerin ofisi Flini cinayət məsuliyyətinə cəlb etməməyə razılaşıb.

Flin Müllerin komandası tərəfindən ittham olunan Trampın 2016-ci il seçki kampaniyasının dördücü üzvü və Rusiya istintaqı ilə bağlı günahını etiraf edən ilk keçmiş Ağ Ev rəsmisidir.

Oktyabrın 30-da Tramp kampaniyasının keçmiş sədri Pol Manafort və bir digər yüksək səviyyəli kampaniya rəsmisi Rik Qeytsə qarşı 12 ittiham irəli sürülüb.

Pol Manafort
Pol Manafort

Bir digər Tramp kampaniyası işçisi Corc Papadopolous gizli bir şəkildə FBI-a Rusiya höküməti ilə əlaqələrinə dair yalan söylədiyini etiraf edir və hazırda o da xüsusi müstəntiqə yardım edir.

Flinin istintaqa yardım etmək qərarı böyük dəyişiklikdir. O daha öncə Trampın seçilməsi üçün möhkəm kampaniya aparıb və daha kəskin ABŞ-ın xarici siyasəti yürüdəcəyinə söz vermişdi. Lakin daha sonra vitse-prezident Mayk Pensə Kislyakla əlaqələri ilə bağlı yalan danışdığına görə vəzifəsindən azad edilmişdi.

O zaman Flin FBI-ın Rusiyanın müdaxiləsi ilə bağlı apardığı istintaqın hissəsi olaraq Kislyak ilə bütün telefon danışıqlarının ləntə alındığını bilmirdi.

Ağ Evin reaksiyası

Ağ Ev Flinin etirafının əhəmiyyətini azaltmağa çalışıb.

Ağ Evin vəkili Tay Kobb Flinin etirafının özündən başqa heç kəslə əlaqəsinin olmadığını deyib və Flinin Trampın hakimiyyəti dövründə Ağ Evdə sadəcə 25 gün çalışan “keçmiş Obama administrasiyası rəsmisi” olduğunu vurğulayıb.

Donald Tramp və Maykl Flin
Donald Tramp və Maykl Flin

Lakin bu etiraf onu göstərir ki, Müller Flinin yardımının istintaq üçün çox mühüm olduğunu düşünür.

Cümə günü məhkəmədən sonra yaydığı bəyanatda Flin “mənim bu gün məhkəmədə etiraf etdiyim əməllərim yanlış idi və mən Allaha inamım vasitəsilə hər şeyi düzəltməyə çalışıram”, deyib.

Flinin adı Rusiya istintaqına FBI Rusiya ilə Tramp kampaniyası rəsmiləri arasındaki əlaqələri araşdırmağa başlayandan sonra cəlb olunub.

Flin seçkidən qısa müddət sonra Trampın keçid komandasının yüksək vəzifəli rəsmilərinin tələbi ilə Rusiya səfiri ilə görüşdüyünə dair FBI-a yalan söylədiyini etiraf edib.

Onun səfir ilə danışıqlarında diqqət Trampın keçid komandasının hakimiyyətə gəlmədən öncə təsir göstərməyə çalışdığı iki xarici siyasət məsələsinə yönəlmişdi. Bu iki məsələ İsraili Fələstin ərazilərində yaşayış məntəqələri saldığına görə qınayan BMT Təhlükəsizlik Şurasının qətnaməsi və ABŞ-ın prezident Barak Obamanın tətbiq etdiyi sanksiyalara mümkün cavabları idi.

Dekabrın 22 və 23-də iki fərqli söhbət baş tutub. İlk olaraq Flin Tramp Trampın keçid komandasının yüksək vəzifəli üzvünün əmri ilə Kislyakdan Rusiyanın Təhlükəsizlik Şurasının qətnaməsinin əlethinə səs verməyə ya da onu ləngitməyə çağırıb. Daha sonra Kislyak zəng edib, Rusiyanın qətnamənin əleyhinə səs verməyəcəyini deyib.

Keçid komandasının “ən yüksək səviyyəli üzvü”

ABŞ-ın bir sıra xəbər agentlikləri keçid komandasının “ən yüksək vəzifəli” üzvünün Trampın kürəkəni və hazırda Ağ Evin İsrail-Fələstin sülh səylərinə başçılıq edən baş müşavir Cared Kuşnerin olduğunu bildirir.

Cared Kuşner
Cared Kuşner

Prokurorların bildirdiyinə görə, beş gün sonra dekabrın 28-də Obama administrasiyası Rusiyanın seçkiyə müdaxiləsinə cavab olaraq Rusiyaya qarşı sanksiyalar elan etməsindən sonra Kislyak Flinə zəng edib.

Ondan bir gün sonra dekarın 29-da Flin Trampın Mar-a-Largo kurortunda keçid komandasının adı açıqlanmayan rəsmisinə zəng edərək Kislyakən sanksiyalarla bağlı söylədiklərini anladıb.

Onlar sanksiyaların Trampın xarisi siyasətinə təsirini müzakirə edib. Bu söhbətdən dərhal sonra Flin Kislyaka zəng edərək, onu vəziyyəti gərginləşdirməməyə çağırıb.

Dekabrın 31-də Putin Rusiyanın ABŞ sanksiyalarına cavab verməyəcəyini açıqlayandan bir gün sonra Kislyak Flinə zəng edərək, Rusiyanın Flinin istəyi üzərinə cavab verməməyə qərar verdiyini bildirib.

Cümə günü açıqlanan məhkəmə sənədlərinə əsasən, Trampın inaqurasiyasından dörd gün sonra FBI tərəfindən sorğu-sual edilən o zaman prezindetin milli təhlükəsizlik müşaviri olaraq fəaliyyət göstərən Flin hər şeyi inkar edib.

Sənədlərdə həmçinin bildirilir ki, Flin yalandan Kislyakın ona Kremlin sanksiyalara cavabını yumşaldacağını dediyini xatırlamadığını söyləyib.

Kuşnerin bazar ertəsi Vaşinqtonda administrasiyanın Yaxın Şərq siyasəti ilə bağlı ictimai çıxışlar edəcəyi gözlənilir. Bu, onun Flinin etirafından sonra edəcəyi ilk ictimai çıxış olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG