Accessibility links

Washington Post: Tramp 2017-ci ildə rusiyalı rəsmilərə Rusiyanın ABŞ seçkisinə müdaxiləsinin onu narahat etmədiyini deyib


Donald Tramp, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak. May 10, 2017.

Prezident Donald Tramp 2017-ci ildə iki rusiyalı rəsmi ilə keçirdiyi görüşdə deyib ki, Moskvanın ABŞ seçkisinə müdaxiləsi onu narahat etmir. Bundan sonra Ağ Ev rəsmiləri prezidentin görüşü ilə bağlı qeydlərə çıxışı məhdudlaşdırıb. Bu barədə cümə günü Washington Post qəzeti bildirib.

Washington Postda bildirilib ki, Trampın Oval ofisdə Rusiyanın xarici içlər naziri və ABŞ-dakı səfiri ilə görüşünün xülasəsinə yalnız çox az sayda rəsmiyə çıxış verilib. Buna səbəb prezidentin görüşdə söylədiklərinin ictimaiyyətə açıqlanmasının qarşısını almaqdır.

Trampın iyul ayında Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ondan demokrat rəqibi Co Bayden barədə təhqiqat aparmasını istəməsi ilə bağlı şikayət nəticəsində Nümayəndələr Palatası bu həftə Tramp üzərində impiçment araşdırmasına başlayıb.

Trampla bağlı şikayət edən ABŞ kəşfiyyat orqanlarının üzvü deyib ki, prezidentin xarici ölkələrin liderləri ilə danışıqlarının qeydləri məxfi kompyuter sisteminə əlavə edilib. Bu isə hər zamankı prosedurlardan fərqlidir, çünki adətən prezidentin danışqları milli təhlükəsizlik səviyyəsində deyil, siyasi gizlilik səviyyəsində gizli saxlanırılır.

Trampın 2017-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və səfir Sergey Kislyakla görüşü onsuz da mübahisələrə səbəb olmuşdu, çünki Trampın İŞİD hərəkatı ilə bağlı gizli məlumatı onlarla paylaşdığının üstü açılmışdı.

Washington Post bildirib ki, Tramp seçkiyə müdaxilə məsələsi ilə bağlı Lavrov və Kislyaka deyib ki, o, Rusiyanın müdaxiləsindən narahat deyil, çünki Birləşmiş Ştatlar da digər ölkələrə eynisi edib.

CNN məsələ ilə yaxından tanış olan insanlara istinadən deyib ki, Trampın xarici liderlərlə danışıqlarına çıxışı məhdudlaşdırmaq səylərinə onun Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Rusiyanın prezidenti Vladimir Putinlə danışıqlarını da gizləmək daxildir.

Ağ Evn baş müşaviri Kellian Konvey müxbirlərə deyib ki, Trampın dünya liderləri ilə danışıqlarının qeydlərinin saxlanılma protokolu onun Meksika prezidenti və Avstralianın baş naziri ilə danışıqları sızdırılandan sonra dəyişib.

Dünyaya Baxış

Dünyaya Baxış. Makron Fransanın Mübahisəli Pensiya İslahatını davam etdirir
please wait

No media source currently available

0:00 0:10:55 0:00
XS
SM
MD
LG