Accessibility links

Tramp Senatın Demokrat lideri ilə səhiyyə planını müzakirə edib


Şənbə ABŞ prezidenti Donald Tramp demokrat qanunvericilərin yeni səhiyyə planını qəbul etməyə maraq göstərib-göstərmədiklərini müəyyən etmək üçün Senatın demokrat lideri Çak Şumerlə danışdığını deyib.

“Mən dünən demokratların möhtəşəm səhiyyə planını qəbul etmək istəyib-istəmədiklərini öyrənmək üçün Çak Şumerə zəng etdim. Kim bilir!” deyə o şənbə səhər Twitter səhifəsində yazıb.

Şumer isə sözçüsü vasitəsilə bildirib ki, Trampın təkliflərini dinləyəməyə hazırdır, amma ölkənin mövcud səhiyyə planını ləğv edib, əvəzləmək müzakirə mövzusu belə ola bilməz.

Şumer əlavə edib ki, əgər Tramp “hazırkı səhiyyə planını təkmilləşdirmək üçün onlarla birgə işləmək istəyirsə, demokratlar onun təkliflərinə açıqdır”.

Tramp daha öncə səhiyyə planı ilə bağlı demokratlarla danışıqlar aparmağı nəzərdən keçirəcəyini demişdi, lakin Affordable Care Act-i ləğv etmək istəyən respublikaçılarla onu qoruyub saxlamağa çalışan demokratlar arasında kompromis mümkün deyil.

Tramp daha öncə Şumerdən başqa müxalif partiyanın digər liderləri ilə də

danışıb. Onun ötən ay büdcə layihəsini müzakirə etmək üçün Şumer və Nümayəndələr Palatasının demokrat lideri Nensi Pelosi ilə görüşməsi respublikaçı Konqres liderlərini qəzəbləndirib.

Cümə Tramp administrasiyası işəgötürənlərə mənəvi və dini səbələrdən qadınları pulsuz kontrasepsiya ilə təmin etməyi rədd etməyə icazə verəcəyini elan edib.

Demokrat qanunvericilərin qınadığı bu addım Tramp administrasiyasının sabiq prezident Barak Obamanın daxili siyasət uğuru sayılan Affordable Care Act adlı sığorta planını ləğv etmək cəhdinin ən sonuncusudur.

Respublikaçılar həm Ağ Ev həm də Konqresin hər iki palatasına nəzarət etsə də, Senatda sağlamlıq sığortasını təsdiq etməyə müvəffəq olmayıblar.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG