Accessibility links

Tramp Respublikaçıların səhiyyə planını alqışlayır, lakin təklifin taleyi naməlumdur


Donald Tramp Ağ Evdə
Donald Tramp Ağ Evdə

ABŞ prezidenti Donald Tramp deyir ki, ölkənin tibbi sığorta sistemini islah etmək üçün Respublikaçıların təqdim etdiyi plan “əla”-dır, amma qanun layihəsinin Konqresdəki taleyi naməlum qalır.

Çərşənbə axşamı Tvitterdə yazdığı mesajlarda Tramp sabiq prezident Obamanın irəli sürdüyü tibbi sığorta qanununi “tam və total fəlakət” adlandırıb. Onun sözlərinıə görə həmin o plan hazırda “sürətlə çokməkdədir.”

Yeni prezident bildirib ki, o, dərman istehsalçıları arasında bahalı dərmanların qiymətini endirmək üçün rəqabəti qızışdırmaqda maraqldır. Habelə o, sığorta şirkətlərinin öz planlarını satmaqları üçün ştat sərhədləri ilə məhdudlaşmamasını istəyir. Bununla Prezident Tramp fərdi sığorta qiymətlərinin ucuzlaşacağını hesab edir.

“Amerika xalqı üçün qiymətlər xeyli ucuzlaşacaq,” deyə Tramp dərman qiymətləri ilə bağlı vəd edib.

Amerika xalqı üçün qiymətlər xeyli ucuzlaşacaq.
Donald Tramp

Respublikaçılar illərdir ki, Obamacare” kimi tanınan ABŞ səhiyyə qanununu dəyişməyə çalışırlar. Lakin Respublikaı konqres liderlərinin açıqladığı yeni təklif mövcud qanuna tərəfdar olan Demokratlarla bərabər bəzi mühafizəkar Respuhblikaçı qanunvericilərin də hücumlarına məruz qalıb.

Səhiyyə Naziri Tom Prays yeni təklifi müdafiə edib.
Səhiyyə Naziri Tom Prays yeni təklifi müdafiə edib.

“Mən burada ciddi dəyişiklik görmürəm,” mühafizəkar Respublikaçı Konqresmen Cim Cordan deyir. “Bu, Obamacare-in fərqli variantıdır.”

ABŞ Səhiyyə və Humanitar Xidmətlər Departamentinin Katibi Tom Prays Ağ Evdə keçirdiyi mətbuat konfransında yeni təklifi müdafiə edib. “Biz elə bir səhiyyə sistemi istəyirik ki, orada qərarı hökumət yox, pasientlər və həkimlər versin.”

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG