Accessibility links

Tramp administrasiyası yerli istehsala dəstək verir


Tramp administrasiyası bildirib ki, Birləşmiş Ştatlarda bəzi kateqoriyalarda işə xarici işçilərin götürülməsi ilə bağlı hökumət qaydalarının sərtləşdirilməsinin vaxtı gəlib çatıb. Administrasiya həmçinin qanunları nəzərən keçirərək, ABŞ hökumət idarələrinin Amerika istehsalı olan məhsulları almasını tələb edən qaydalar tətbiq etməyə çalışır.

Prezident Donald Trampın bu gün Viskonsin ştatında alətlər istehsal edilən zavodu ziyarət edən zaman "Amerika məhsulları alın/amerikalılı işçiləri işə götürün" haqda sərəncam imzalayacağı gözlənilir.

Administrasiyanın yüksək səviyyəli bir nümayəndəsi jurnalistlərlə brifinq zamanı deyib ki, qanunların zəif icrası və çoxsaylı hüquqi boşluqlar Amerika şirkətlərinin və işçilərin işsiz qalmasına gətirib çıxarır. O bildirib ki, bu hal ABŞ iqtisadiyyatına öz mənfi təsirini göstərir.

Tramp sərəncamı Ağ Evdə hakimiyyətə gəlməzdən əvvəl qlobal biznes imperiyasını müntəzəm olaraq xarici istehsalçılara sifarişlər verərək yaratmasına baxmayaraq imzalamağa hazırlaşır. Tramp brendinə daxil olan qalstuklar, kostyumlar, köynəklər, mebel, yataq dəstləri, araq, ev avadanlığı və lüks mehmanxanalar üçün aksessuarların çoxu Birləşmiş Ştatlardan xaricdə istehsal edilib.daxildir. Bu məhsulların yalnız bir hissəsi ABŞ istehsalıdır.

Tramp brendinin təqdim etdiyi məhsullar Çin, Meksika, Hindistan, Almaniya və başqa ölkələr daxil olmaqla, dünyanın 12 ölkəsində istehsal edilib.

Prezident olandan sonra Tramp böyük biznesi və biznes holdinqlərini saxlayaıb. Etika məsələləri üzrə ekspertlər maraqların mümkün toqquşmasına imkan verməmək üçün Trampın maliyyə maraqlarından imtina etməli olduğunu bildirib. Tramp öz biznes imperiyasını iki oğluna-Donald Tramp oğul və Erik Trampa təhvil verib və onların bizneslə bağlı qərarlarını onlarla müzakirə etməyəcəyini bildirib.

Trampın imzalayacağı sənəddə hökumət agentliklərinə məhsulların alınması praktikasının nəzərdən keçirilməsi tövsiyə edilir və "Amerika məhsulları almaq" haqda qaydadan istisnaların bu agentliklərin rəhbərləri tərəfindən təsdiq olunması tələb olunur.

Rəsmilər həmçinin bildirib ki, sərəncamda hökumət idarələrinin hazırda mövcud ticarət razılaşmaları çərçivəsində məhsulları əldə etməsi qaydaları təkrar nəzərdən keçiriləcək. Bunun əsas məqsədi Amerika şirkətlərinə öz məhsullarını ABŞ-ın ticarət partnyorları olan ölkələrə onlar üçün Amerikadakı şərtlər əsasında satışına imkan verməkdən ibarətdir.

Yeni sərəncamda həmçinin müəyyən qabiliyyətlərə malik xarici ölkə vətəndaşlarına "H-1B" adı ilə tanınan vizaların verilməsi qaydalarının dəyişdirilməsi nəzərdə tutulur. Bu proqramın məqsədi ABŞ-da kifayət qədər mövcud olmayan peşə qabiliyyətlərinə malik olan işçilərin ölkəyə cəlb olunmasından ibarətdir. Lakin Tramp adminstrasiyasının rəsmiləri bildiriblər ki,Amerika şirkətlərinin maaşlara qənaət edilməsi məqsədilə xarici işçiləri işə götürdüyü ilə bağlı narahatlıqlar mövcuddur.

Hökumət agentliklərinə bu qaydalar və qanunları nəzərdən keçirib, problemlər haqda məlumat və onların həlli məqsədilə tövsiyələrini vermək tapşırılıb.

XS
SM
MD
LG