Accessibility links

Tramp baş prokurora qarşı Tvitter hücumlarını davam etdirir


Prezident Donald Trampın Tvitter vasitəsilə baş prokurora qarşı hücumları həm Respublikaçılar partiyası, həm də mühafizəkarlara meylli medianın tənqidlərinə səbəb olub.

Baş prokuror Cef Seşşinsin Trampın seçki kampaniyası ilə Rusiya arasındakı münasibətləri araşdıran Ədliyyə Nazirliyi istintaqından uzaqlaşması qərarı Tramp tərəfindən narazılıqla qarşılanıb.

“O, bu istintaqdan özünü uzaqlaşdırmaq fikrində idisə, bunu mənə öncədən deməli idi ki, mən bəlkə həmin vəzifəyə başqa adam təyin edərdim. Mən düşünürəm ki, bu, çox pis addımdır. Prezidentə qarşı yox, prezidetliyə qarşı.”

“Baş prokuror məni çox məyus edib. Amma görək nə baş verəcək. Vaxt göstərəcək.”

Prezident Trampın Seşşinsə qarşı indiki münasibəti seçki kampaniyası zamanı onların arasında olan münasibətlərdən kəskin fərqlənir. Seçki kampaniyası dövrü Seşşins Trampın ilk dəstəkçilərindən biri olmuşdu. Tramp dəfələrdə onun haqqında müsbət fikirlər səsləndirib.

Seşşins hələlik Trampın hücumlarına münasibət bildirməyib.

XS
SM
MD
LG