Accessibility links

Tramp Şərqi Asiya sammitinin plenar iclasında iştirakını son anda təxirə salıb


APTOPIX Trump Philippines

ABŞ prezidenti Donald Tramp 18 ölkənin nümayəndələrinin qatıldığı Şərqi Asiya sammitinin plenar iclasında iştirakını son anda təxirə salıb.

Amerika lideri prezident təyyarəsi ilə Filippini tərk edib. Təyyarə İnoy Akino beynəlxalq hava limanından göyə öncə planlaşdırıldığından 30 dəqiqə əvvəl qalxıb.

Prezident Trampın əvəzinə sammitdə dövlət katibi Reks Tillerson iştirak edib.

ABŞ prezidenti Donald Tramp Air Force one prezident təyyarəsində müxbirlərin suallarını cavablandırır
ABŞ prezidenti Donald Tramp Air Force one prezident təyyarəsində müxbirlərin suallarını cavablandırır

Ağ Ev rəsmiləri bunun səbəbini izah edərək bildiriblər ki, Tramp plenar iclasda deyəcəklərini bundan öncə Cənub-şərqi Asiya ölkələrinin Assosiasiyası-ASEAN liderləri ilə nahar yeməyi zamanı artıq onlara söyləyib.

Trampın cədvəlinə Filippində bir günün əlavə edilməsinin başlıca səbəbi onun əsas regional strateji dialoq olan Şərqi Asiya sammitində iştirakına imkan yaradılması ilə bağlı idi.

Mən çox yüksək səviyyədə çoxlu dost qazandım.
Donald Tramp

Tramp Asiyanın beş ölkəsinə 12 günlük səfərini mühüm siyasi bəyanat vermədən başa vursa da, səfərin olduqca müvəffəq keçdiyini bildirib. “Mən çox yüksək səviyyədə çoxlu dost qazandım”, o bildirib.

Tramp eyni zamanda bildirib ki, səfər 300 milyard dollarlıq razılaşmalarla nəticələnib. ABŞ prezidenti detallara varmayıb.

Amerika lideri səfər zamanı onun administrasiyasının Trans Sakit okean Tərəfdaşlığı kimi bir neçə ölkənin iştirak etdiyi ticarət sövdələşmələrini rədd edərək, iki ölkə arasında iqtisadi razılaşmalar tərəfdarı olduğunu vurğulayıb.

ABŞ prezidenti səfərlə bağlı mühüm bəyanatın Ağ Evdə çərşənbə, ya da cümə axşamı günü veriləcəyini bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG