Accessibility links

Ağ Ev: Tramp Şimali Koreyanın danışıqlara dəvətini qəbul edir


Ağ Ev deyir ki, Prezident Donald Tramp Şimali Koreya diktatoru Kim Conq Unun danışıqlara dəvətini qəbul edib, lakin Pxenyana qarşı bütün sanksiyalar qüvvədə qalacaq.

Biz Şimali Koreyanın nüvəsizləşdirilməsinə can atırıq. Bu arada isə bütün sanksiyalar və maksimum təzyiq qalmalıdır.

Kim Cənubi Koreya milli təhlükəsizlik müşaviri Çanq Eu-yonq vasitəsilə Trampla görüşmək arzusunu ifadə edib. Çanq bu tarixi açıqlamanı Ağ Evin qarşısında verib.

Ağ Evin mətnbuat katibi Sarah Hakabi Sanders twitterdə yazıb ki, Tramp və Kimin görüşəcəyi vaxt və məkan müəyyən ediləcək.

“Biz Şimali Koreyanın nüvəsizləşdirilməsinə can atırıq. Bu arada isə bütün sanksiyalar və maksimum təzyiq qalmalıdır,” Sanders bildirib.

Çanq qısaca Ağ Evin dışarısına çıxaraq Kimin Trampla tezliklə görüşməyə can atdığını bildirib. O, həmçinin deyib ki, Kim nüvə və raket sınaqlarından çəkinməyə öhdəlik götürüb.

Cənubi Koreya təmsilçisi Çanq Eu-yonq Ağ Evdə müxbirlər qarşısında danışır.
Cənubi Koreya təmsilçisi Çanq Eu-yonq Ağ Evdə müxbirlər qarşısında danışır.

Çanqın sözlərinə görə Tramp Kimlə mayadək görüşmək istədiyini bildirib.

“Kim Conq Un Cənubi Koreya nümayəndələri ilə nüvəsizləşdirilmədən danışıb, təkcə dondurmaqdan yox. Həmçinin bu periodda Şimali Koreya heç bir raket sınağı keçirməməlidir. Böyük proqres əldə olunur, ancaq sanksiyalar razılıq əldə olunanadək qüvvədə qalacaq. Görüş planlaşdırılır,” Tramp Twitter mesajında bəyan edib

Cənubi Koreya rəsmisi həmçinin elan edib ki, ABŞ-Cənubi Koreya hərbi təlimləri plana uyğun olaraq aprel ayında keçiriləcək, və Kim dərk edir ki, bu təlimlər davam etməlidir.

Çanq Vaşinqtona ABŞ rəsmilərini bu həftə Pxenyanda Kimlə görüşləri haqda məlumatlandırmaq məqsədilə gəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG