Accessibility links

Tramp Şimali Koreyanın yeni nüvə sınağını pisləyib


ABŞ prezidenti Donald Tramp Pxenyanı indiyə qədər keçirdiyi ən böyük nüvə sınağına görə qınayıb və Şimali Koreyanı “rəzil ölkə” adlandırıb. Tramp bildirib ki, Şimali Koreyanın “sözləri və əməlləri Birləşmiş Ştatlar üçün düşmən və təhlükəli xarakter daşımaqda davam edir”.

“Şimali Koreya böyük Nüvə Sınağı keçirib. Onların sözləri və əməlləri Birləşmiş Ştatlar üçün düşmən və təhlükəli xarakter daşımaqda davam edir”.

Tvitter səhifəsində yazdığı bir neçə mesajda ABŞ lideri Şimali Koreyanı Çin üçün böyük təhlükə adlandırıb və Pekinin problemin həll edilməsinə çalışsa da, buna az uğurla nail ola bildiyini bildirib.

“Şimali Koreya rəzil bir ölkədir və problemin həllinə çalışan, lakin çox az uğur qazanan Çin üçün böyük təhlükə və təhdid təşkil edir”, Tramp mesajında yazıb.

Lakin Tramp eyni zamanda, ABŞ-ın müttəfiqi olan Cənubi Koreyanı da tənbeh edərək bildirib ki, Seulun Pxenyanı razı salmaq tonunda danışıqları heç bir işə yaramır.

“Cənubi Koreya görür ki, mənim onlara dediyim kimi, onların Şimali Koreyanı razı salmaq tonunda danışıqları işə yaramır, onlar yalnız bir şeyi başa düşürlər!”, Tramp Tvitter mesajında yazıb.

Ağ Ev bildirib ki, prezident Tramp və onun təhlükəsizlik məsələləri üzrə müşavirləri bazar günü məsələni müzakirə etmək üçün görüş keçirir.

Trampın Cənubi Koreyanı tənqid etməsi və ölkənin yeni prezidenti Mun Jae-inin Şimali Koreya ilə danışıqlar təşəbbüsü ABŞ liderinin Seulla Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Makmaster və baş iqtisadi müşavir Qeri Conun etirazlarına baxmayaraq, azad ticarətə dair sazişə son qoymağa hazırlaşdığı bir vaxta təsadüf edir.

ABŞ və Cənubi Koreya arasında ticarət dövriyyəsi keçən il 112 milyard dollar təşkil edib. Lakin ABŞ-ın transaksiyalarada ticarət defisinin 27 milyard dollardan çox olması Trampın narahatlığı üçün əsas yaradıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG