Accessibility links

Tramp beynəlxalq ictimaiyyətin Pxenyanla bağlı mövqeyini razılıqla qarşılayıb


ABŞ prezidenti Donald Tramp beynəlxalq ictimaiyyətin Şimali Koreyanın nüvə silahlarının inkişaf etdirilməsinin qarşısının alınması ilə bağlı mövqeyindən razılığını bildirib.

Hazırda Nyu Cersi ştatında məzuniyyətdə olan Tramp Tvitter səhifəsində mesajında yazıb: “Uzun illər fəaliyyətsizlikdən sonra ölkələr nəhayət bir araya gəlib Şimali Koreyanın təşkil etdiyi təhlükə məsələsini ünvanlayıb. Biz sərt və qəti hərəkət etməliyik!”

Şimali Koreya beynəlxaq ictimaiyyətin aqressiv hərbi əməliyyatları dayandırmaq çağırışına əhəmiyyət verməyərək, nüvə silahlarının inkişaf etdirilməsi proqramını davam etdirəcəyini bildirib.

Lakin ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli NBC tele kanalına müsahibədə deyib ki, BMT-nin Şimali Koreyanın ixracatının 1 milyard dollar məbləğində kəsilməsini nəzərdə tutan sanksiyalar “bizim Şimali Koreya ilə problemimizə son qoymayacaq”. Bununla belə, o, tətbiq edilimiş cəza ölçülərinin “ çox güclü bir mesaj verdiyini” əlavə edib.

Nikki Heyli Trampın Pxenyanın raketlərin ABŞ ərazisinə çatmaq qabiliyyətinə malik olduğuna dair iddialarına cavab olaraq, Şimali Koreya təhlükəsinin qarşısının alınması üçün hərbi hücum da daxil olmaqla bütün variantların masa üzərində olduğuu dediyini bir daha bəyan edib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli

“Biz Şimali Koreyanın qarşısını almaq üçün hər şey edəcəyik”, deyə o bildirib.

Şimali Koreya liderinə gəldikdə, Nikki Heyli bunu deyib: “O özü qərar verməlidir: Birləşmiş Ştatlara zərbə endirsə, bununla nə qazanacaq?”

Şimali Koreya beynəlxaq ictimaiyyətin aqressiv hərbi əməliyyatları dayandırmaq çağırışına əhəmiyyət verməyərək, nüvə silahlarının inkişaf etdirilməsi proqramını davam etdirəcəyini bildirib.

Pxenyan BMT-nin raket sınaqlarına cavab olaraq ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları suverenliyinin pozulması adlandırıb.

Manilada ASEAN ölkələrinin sammitində Şimali Koreya nüvə silahı və ballistik raket proqramlarından geri çəkilməyəcəyini və Vaşinqton ölkəyə qarşı hərbi addım atsa, Birləşmiş Ştatlara bütün nüvə strateji gücü ilə “dərs verəcəyini” bildirib.

XS
SM
MD
LG