Accessibility links

Tramp: Şimali Koreya lideri Quama raket hücumunu təxirə salmaqla düzgün qərar verib


ABŞ prezidenti Donald Tramp bildirib ki, Şimali Koreya lideri Quama raket hücumunu təxirə salmaqla düzgün qərar verib

Tramp çərşənbə günü Tvitter səhifəsində mesajında yazıb: “Bunun alternativi fəlakətli və qəbuledilməz olardı!”

Dövlət mətbuatının çərşənbə axşamı günü verdiyi məlumata görə, Şimali Koreya lideri Yaponiya üzərindən ABŞ-ın ərazisi olan Quamdan 3 min 400 kilometrlik məsafədə raket atılması planlarını bir müddət üçün təxirə salıb.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Çilidə prezident Mişel Maçeletlə birgə mətbuat konfaransı zamanı Çili və Latın Amerikanın başqa ölkələrini Şimali Koreya ilə diplomatik və maliyyə əlaqələrini kəsməyə çağırıb.

ABŞ-ın vitse-prezidenti Mayks Pens Çili prezidenti Mişel Maçeletlə danışıqlar zamanı
ABŞ-ın vitse-prezidenti Mayks Pens Çili prezidenti Mişel Maçeletlə danışıqlar zamanı

“Prezident Baçeletlə müzakirə etdiyimiz kimi, Birləşmiş Ştatlar Kim rejiminin diplomatik təcridi məsələsinə böyük əhəmiyyət verir.

Şimali Koreyanın Çilidə diplomatik nümayəndənlikləri və ya bank təsisatları olmasa da, iki ölkə arasında ticari əlaqələr mövcuddur. Pens Çilidən xüsusilə də şərab və lüks malların ixracatının yenidən təsnifatını keçirməyə çağırıb. Bununla Şimali Koreya hazırkı ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədar bu malları ala bilməyəcək.

Şimali Koreyanın əsas iqtisadi tərəfdaşı və müttəfiqi olan Çin Pxenyan və Vaşinqtona hərbi təhdidlərdən uzaq durmalı olduğunu deyib.

XS
SM
MD
LG