Accessibility links

Ağ Ev silah əldə etmək üçün federal yoxlama sistemini sərtləşdirəcək


Ağ Ev bazar günü ştatlara bəzi müəllimlərə silahla hücumdan müdafiə təlimləri keçirilməsinə yardım edəcəyini vəd edib və silah əldə etmək üçün federal yoxlama sistemini sərtləşdirəcək qanunu təsdiqləyib.

Lakin Ağ Ev prezident Trampın bundan əvvəl bəzi silahların alınmasına yaş məhdudiyyəti qoyulması barədə verdiyi vədindən geri çəkilib.

Tramp bundan əvvəl hücum silahları almaq üçün yaş həddinin 18-dən 21-ə dəyişdirilməsinə dəstək nümayiş etdirmişdi. Lakin bazar günü elan edilmiş plana yaş həddinin dəyişdirilməsi daxil olmayıb.

Tramp üzərilərində silah gəzdirməyə könüllü olan xüsusi ixtisaslı məktəb rəsmilərinə təlim keçmələri üçün ştatlara kömək etmək istəyir və hərbi veteranlar və təqaüddə olan polis zabitlərini müəllimlik sahəsində yeni karyera etməyə çağırır.

Administrasiya rəsmiləri bildirib ki, Ağ Evin planına görə təhsil naziri Betsi Devos bir il ərzində məktəb təhlükəsiziyi və zorakılığı barədə Trampı məlumatlandıracaq komitənin sədri vəzifəsini yerinə yetirəcək.

Ötən ay Florida ştatında, məktəbdə 17 nəfərin ölümü ilə nəticələnən kütləvi qətliyam hər kəsin diqqətini silahlara nəzarət məsələsinə çəkib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Kyivi pilotsuz təyyarələr və raketlərlə hədəf alıb
please wait

No media source currently available

0:00 0:10:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG