Accessibility links

Tramp Silikon vadisinin texnologiya şirkətinin rəhbərləri ilə görüşür


ABŞ prezidenti seçilmiş Donald Tramp ölkənin bəzi böyük texnologiya şirkətləri ilə tanışlıq, eləcə də gərgin münasibətlərin yaxşılaşdırılması kimi dəyərləndirilən səylərin bir hissəsi olaraq Silikon vadisinin korporasiya rəhbərləri ilə görüşlər keçirir.

Tramp Nyu Yorkda Tramp qülləsində Apple, IBM, Microsoft və Google şirkətinin aksiyalarının böyük hissəsinə malik olan Alphabet şirkətlərinin rəhbərəli ilə görüşür.

Microsoft şirkətinin təsisçisi Bill Geyts
Microsoft şirkətinin təsisçisi Bill Geyts

Tramp Silikon vadisindəki texnologiya şirkətlərinin bəzi rəhbərləri ilə yaxın əlaqələrə malikdir. O, seçki kampaniyası zamanı bəzi şirkətlərin rəhbərləri barədə isə kəskin tənqidi fikirlər səsləndirib. Buna görə də bu görüş gələcəkdə münasibətlərin pespektivlərinin müyyən edilməsinə kömək edə bilər.

Tramp öz tərəfdarlarını özəl hüquqlar məsələsində mövqeyinə görə Apple şirkətini boykot etməyə çağırıb və “Apple-in kompyuterləri və iPhone-ları bu torpaqda istehsal etməyə məcbur etməyə” söz verib.

Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq
Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq

Prezident seçilmiş Tramp Facebook şirkətinin təsisçisi Mark Zukerberqlə mühacirət islahatları məsələsi ətrafında mübahisə aparıb. O, Amazon şirkətənin icraçı direktoru Ceff Bezosu isə vergilərdən yayınmaq üçün Washington Post qəzetində sahibkarlığından istifadə etdiyinə görə tənqid edib və prezident seçildiyi təqdirdə Bezosun “ciddi problemlərlə” qarşılaşacağı ilə təhdid edib.

Texnologiya sənayesi ABŞ iqtisadiyyatının ən böyük sektorlarından birini təşkil edir və Trampın iş yerlərinin yaradılması təşəbbüslərində mühüm rol oynaya bilər.

Bəzi mənbələrin verdiyi məlumata görə, korporasiya rəhbərləri Trampın qeyri-qanuni mühacirətlə bağlı və azad ticarətlə bağlı sərt açıqlamalarına baxmayaraq, milyarder daşınmaz əmlak maqnatı ilə dil tapmağa çalışır.

Amazon şirkətinin icraçı direktoru Ceff Bezos
Amazon şirkətinin icraçı direktoru Ceff Bezos

Görüşün planlaşdırılması ilə tanış olan dörd mənbənin bildirdiyinə görə, bu görüş tanışlıq xaraketeri daşıyacaq və əsas diqqət fikir ayrılıqları deyil, ümumi nöqtələrə yönələcək.

Trampın keçən ABŞ prezident seçkilərində gözlənilməz qələbəsi Silikon vadisində bir çoxları tərəfindən narahatlıqla qarşılanıb.

Texnologiya şirkətlərinin 200-dən çox işçisinin imzaladığı məktub buna işarədir. Məktubda Trampın hakimiyyətə gələcək yeni administrasiyasına insanların dininə görə izlənilməsi, ya da kütləvi deportasiyalara gətirib çıxara biləcək məlumat bazası hazırlamasına kömək etməməyə çağırılır.

XS
SM
MD
LG