Accessibility links

ABŞ-ın aparıcı televiziya kanaları Trampın siyasi çarxını yayımlamaqdan imtina edirlər


ABC, CBS, NBC və CNN televiziya kanalları prezident Donald Trampın ilk 100 gündə əldə etdiyi nailiyyətləri nümayiş etdirən siyasi çarxı yayımlamayacaqlarını bildiriblər.

Ödənişli çarxın bir fraqmentində ölkədə geniş tanınan televiziya aparıcılarının görüntüləri üzərində “fake news” yəni “saxta xəbərlər” yazılır.

Seçki kampaniyası dövründən başlayaraq Tramp özünü və administrasiyanı tənqid edən demək olar ki hər məqaləni “saxta xəbər” adlandırır.

Televiziya kanallarının rəhbərliyinin bildirdiyinə görə, bu siyasi çarx müvafiq olmayan məzmuna sahibdir. CNN və NBC isə öz növbələrində “saxta xəbərlər” hissəsi çıxarıldığı halda çarxı yayımlamağa razı olacaqlarını bildiriblər.

CNN-nin bəyanatında deyilir ki, “bu siyasi çarxdan fərqli olaraq, ölkənin aparıcı media qurumları saxta xəbərlər yaymır.”

Prezidentin müşaviri Lara Tramp bildiriblər ki, siyasi çarx medianın hekayəsinə və yürütdüyü siyasətə uyğun olmadığı üçün, onu yayımlanmasının qarşısını alınır: “Bu senzuradır və azadlıq sevən hər bir amerikalını narahat etməlidir.”

Siyasi çarx Tramp seçki kampaniyası tərəfindən hazırlanıb. Verilən məlumatlara görə, Tramp 2020-ci il seçkilərində iştirak etmək üçün sənədlərini artıq təqdim edib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG