Latın Amerika və Afrika mənşəli amerikalıların əksəriyyəti hesab edir ki, Donald Trampın prezident kimi əməlləri onların həyatına mənfi təsir göstərib.
Son rəy sorğularında iştirak edənlərin üçdə iki hissəsi prezidentin irqlərarası münasibətlərə dair mövqeyini dəstəkləmir.
Sorğuların nəticələri Trampım əməllərinin qaradərili amerikalılar, qadınlar və müsəlmanlara mənfi təsirə malik olduğunu göstərib.
Qaradərili respondentlərin yalnız 4 faizi Trampa bu baxımdan dəstək verib. Ümumilikdə prezidentə hər 10 amerikalıdan 4-ü dəstək nümayiş etdirib.
Afro-amerikalıların 81 faizi Trampın prezidentliyi dövründə vəziyyətlərinin pisləşdiyini qeyd edib.
İrq məsələsində Trampı respondentlərin 33 faizi, iqtisadiyyatla bağlı isə 50 faizə yaxını dəstəkləyib.
Latın Amerika mənşəli insanların 67 faizi hesab edir ki, Trampın siyasəti latın icmasına mənfi təsir göstərir.
Ağ amerikalıların üçdə iki hissəsi bununla razılaşıb. Ispan mənşəlilər isə qaradərililər, qadınlar və müsəlmanların ABŞ prezidentinin siyasəti səbəbi ilə neqativ təsirlə üzləşdiyini deyib.
Sentyabrın 20-i ilə 23-ü arasında keçirilən sorğularda 1286 adam iştirak edib.