Accessibility links

Tramp Taliban lideri ilə danışıb, ABŞ qüvvələri isə Taliban döyüşçülərini hədəf alıb


ABŞ-ın “özünümüdafiə hücumu” adlandırdığı hərbi əməliyyatlar Taliban döyüşçülərini hədəf alıb. Hücum ABŞ prezidenti Donald Tramp Taliban lideri ilə sülh razılığına dair telefon sönbətindən sonra həyata keçirilib.

ABŞ qüvvələrinin sözçüsü hava hücumunun Əfqanıstan əsgərlərinə atəş açan döyüşçülərə qarşı Helmənd vilayətinin Nəhre-Sərac yoxlanış məntəqəsində həyata keçirildiyini bildirib.

Sözçü Amerikanın sülhə sadiq qaldığını, lakin Əfqanıstan tərəfdaşlarının müdafiəsi üçün öhdəliyə malik olduğunu deyib.

Birləşmiş Ştatlar və Taliban şənbə günü Dohada razılıq əldə edib. Bu razılıq Əfqanıstanda 19 ilə yaxındır davam edən müharibəyə son qoyulması və ölkəyə yerləşdirilən minlərlə amerikalı əsgərlərin geri gətirilməsi üçün zəmin yaradır.

ABŞ-ın baş vasitəçisi Zalmay Xəlilzad və Talibanın siyasi məsələlər üzrə sədr müavini Molla Əbdül Qani Bəradər razılığı Qətərin paytaxtında bir hoteldə keçirilən mərasimdə imzalayıblar. Mərasimdə ABŞ-ın dövlət katibi Mayk Pompeo və bir sıra ölkələrin xarici işlər nazirlərləri iştirak edib.

Ağ Ev razılıq imzalanandan sonra yaydığı bəyanatda bildirib ki, prezident Donald Tramp Əfqanıstanda sülh əldə etmək yolunda irəliləməklə ABŞ qoşunlarını xaricdə bitməyən müharibələrdən geri gətirmək vədini yerinə yetirir.

"Talibanla Əfqanıstanda münaqişəyə son qoymaq üçün lazım olan mühüm öhdəlikləri təmin edəcək razılıq əldə olunub. Hələ görüləsi işlər qalsa da, bu irəliləyiş sülh üçün tarixi bir imkandır,” bəyanatda yazılıb.

Razılığa əsasən Vaşinqton və müttəfiqləri Əfqanıstan torpaqlarının transmilli terrorçu qruplara sığınacaq olmayacağına dair zəmanətlər müqabilində bütün hərbi qüvvələri 14 ay ərzində Əfqanıstandakı beş bazadan çıxaracaqlar.

İlk 135 gündə Əfqanıstandakı Amerika əsgərlərinin sayı təxminən 13 mindən 8600-ə endirilməlidir.

Taliban lideri ilə danışqıları “çox yaxşı” adlandıran Tramp deyib ki, Taliban slühün davamlı olmasını və zorakılıqların aradan qaldırılmasını istəyir.

Prezident tərəflərin ortaq maraqlara sahib olduğunu bildirib.

Telefon söhbəti zamanı Vaşinqtonun Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad da Trampın ofisində olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG