ABŞ prezidenti Donald Trampın bəzi metal tariflərinin dəyışməsi ilə bağlı bu gün imzalayacaq qanuna Kanada və Meksika müvəqqəti olaraq daxil olmaya bilər.
The Washington Post bu iki Şimali Amerika ölkəsinin istisna olaraq 30 gün vaxt qazanacağını və digər ölkələrin də polad və alüminium idxalında təklif olunan tarifdən istifadədən faydalana biləcəyini bildirib.
Tramp bu tarif planını imzalamadan öncə Çin ABŞ prezidenti ticarət müharibəsinə başlasa ona cavab verməyə hazır olduğunu bildirib.
“Xüsusilə də qloballaşmaqda olan bir dünyada ticarət müharibəsi heç vaxt düzgün qərar olmayıb. Ticarət müharibəsini seçmək, əlbəttə ki, səhv qərarla başa çatdıqda, nəticədə yalnız başqalarına və özünüzə zərər verəcək. Çin isə buna mütləq müvafiq və lazımi cavab verəcək” deyə, Çinin xarici işlər naziri Vang Yi bildirib.
Təhlilçilər tarif planının Amerikanın Pekinlə ticarətdə ilk addım olacağını deyir.
Prezident Trampın mübahisəli tariff planı imzalandıqdan təxminən iki həftə sonra həyata keçə bilər.
Nümayəndələr Palatasının bir neçə üzvü prezidentə məktub ünvanlayaraq, neqativ nəticələrin minimuma endirilməsini istəyib.