Accessibility links

Çində Trampın prezidentliyinə münasibət dəyişir


Çində çoxları Donald Trampın ABŞ prezidenti seçilməsini alqışlayaraq, buna Pekinin qələbəsi kimi baxlb hesab edirdi ki, biznesmen kimi onun münasibətlərə yanaşması rəqibinkindən daha açıq olacaq.

Lakin telefon zəngi və Tvitterdə bir neçə açıqlamadan sonra bu baxış dəyişir. Çində çoxları indi onun prezidentliyinin əvvəl düşündükləri kimi o qədər asan olmayacağını anlamağa başlayıb. Eyni zamanda, Pekinin mümkün diplomatik və iqtisadi reaksiyası ilə bağlı müzakirələr aparılır.

Tayvan prezidenti Tsay İng-ven ABŞ prezidenti seçilmiş Donald Trampla telefon söhbəti zamanı
Tayvan prezidenti Tsay İng-ven ABŞ prezidenti seçilmiş Donald Trampla telefon söhbəti zamanı

Keçən həftənin cümə günü prezident seçilmiş Donald Tramp on illərdir diplomatik ehtiyat mərhələsindən sonra ilk dəfə olaraq Tayvanın prezidenti Tsay İnq -venə birbaşa telefon edib. Bu telefon zəngi Pekini olduqca narahat edib. Təkcə Trampın bunu edən ilk prezident seçilmiş şəxs olduğuna görə deyil. Həm də ona görə ki, sonradan Tvitter səhifəsində bu haqda məlumat verən Tramp Tayvan liderinin rəsmi titulunu prezident Tsay kimi göstərib.

Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsərək münasibətləri Pekinlə qurub. Çin həm də demokratik üsulla idarə olunan adanın Çin Xalq Respublikasının bir hissəsini olduğunu iddia edir. Diplomatik münasibətlərin bu şəkildə dəyişilməsinə dair razılığın bir hissəsi olaraq, Vaşinqton Tayvanla siyasi əlaqələri kəsməyə razılıq verib.

Vaşinqtonda Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, ABŞ rəsmiləri Pekinlə əlaqə saxlayıb və Trampın telefon zəngindən sonra "vahid Çin" siyasətini bir daha təkrar ediblər.

Pekində diplomatik protokolun pozulması şokundan sonra Tramp Tvitter səhifəsində Pekin vaxtı ilə daha iki mesaj yerləşdirib.

"Çin valyutasının dəyərini aşağı salanda (bu bizim şirkətlər üçün rəqabəti çətinləşdirir) bizim buna razı olduğumuzu soruşmuşdumu?", deyə o, ilk mesajında bildirib və sonra davam etdirib, "bizim onların ölkəsinə gedən məhsullara yüksək vergilər tətbiq edib (ABŞ onlara vergi qoymur), ya da Cənubi Çin dənizinin ortasında nəhəng hərbi kompleks tikəndə? Mən belə düşünmürəm!"

Pekin indiyə kimi Trampla bağlı tənqidlərini minimum səviyyədə saxlayıb və Çinin cavabı çoxlarının gözlədiyi kimi sərt olmayıb. Çinin Xarici İşlər naziriyi telefon söhbətini Tayvan tərəfindən "kiçik fənd" adlandırıb. Çin eyni zamanda, Birləşmiş Ştatlarda müvafiq orqanlar və ABŞ-ın Pekindəki səfirliyinə "xüsusi təqdimat" etdiyini bildirib.

Çinin Xarici İşlər naziriyiin sözçüsü Lu Kanq
Çinin Xarici İşlər naziriyiin sözçüsü Lu Kanq

Bazar ertəsi günü brifinq zamanı Xarici İşlər naziriyiin sözçüsü Lu Kanq nə insidentlə, nə də Trampın Cənubi Cin dənizi kimi həssas mövzunun da toxunulduğu son Tvitter mesajları ilə bağlı əlavə açıqlama verməyib.

Çin telefon zənginə görə Tayvanı günahlandırıb, lakin Birləşmiş Ştatlara da diplomatik etiraz bildirərək, "vahid Çin" siyasətinin Birləşmiş Ştatlarla münasibətlərin əsasında durduğunu bəyan edib.


Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG