Accessibility links

Tramp tərəfləri Qətər krizisinin həllinə çağırır [Video]


Tramp tərəfləri Qətər krizisinin həllinə çağırır
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Tramp tərəfləri Qətər krizisinin həllinə çağırır

Dörd ölkə keçən ay neft və qazla zəngin Körfəz ölkəsi olan Qətəri regionda terrorizmi dəstəkləməkdə ittiham edərək, onunla diplomatik və nəqliyyat əlaqələrini kəsiblər. Rəsmi Doha isə terrorizmlə əlaqəsi olduğunu inkar edib və qonşu dövlətlərin Qətərə qarşı böhtan kampaniyası aparmaqda günahlandırıb.

Bir aydır davam edən boykotu sonlandırmaq üçün Qətərin qonşu dövlətləri rəsmi Dohaya öz şərtlərini bildiriblər.

Qahirədəki görüşdən sonra Qətərin 4 qonşu dövlətinin xarici işlər nazirləri məlumat verib ki, rəsmi Doha onların şərtlərini yerinə yetirməkdən imtina edib.

Bu arada isə Qətərin xarici işlər naziri Londonda çıxış edərək bildirib ki, Qətərlə diplomatik və nəqliyyat əlaqələrinin kəsilməsində məqsəd Qərbdə ölkəyə qarşı mənfi fikir yaratmaqdır.

Qətər terrorist qrupu olan Haması və İranı dəstəkləməkdə ittiham olunur. Qonşu dövlətlər bildirir ki, Doha höküməti vətəndaşlarının cihadçı qruplara maliyyə dəstəyi verməsinə göz yumur. Bəhreynin xarici işlər nazirliyinin bildirdiyinə görə, terrorizmi dəstəkləyən hər bir ölkə bu cür ittihamlara məruz qalacaq.

Qərb ölkələri Qətər və qonşuları arasında yaranan çəkişmənin onsuzda qeyri-stabil olan regionda daha böyük münaqişələrə yol açacağından narahatdırlar. Prezident Tramp mübahisə tərəflərinə xatırladıb ki, onlar may ayında Səudiyyə Ərəbistanında keçirilən sammitdə terrorizmə qarşı mübarizə üçün öz üzərlərinə öhdəliklər götürüblər. Ağ Evin verdiyi məlumata görə, prezident onları terrorizmi maliyyələşdirilməni dayandırmaq və ekstrimist idealogiyasını rədd etməyə dair verdikləri sözü tutmağa çağırıb.

XS
SM
MD
LG