Accessibility links

Trampın testlərlə bağlı mövqeyi debatlar mövzusu olub


Trampın testlərlə bağlı mövqeyi debatlar mövzusu olub
please wait

No media source currently available

0:00 0:02:48 0:00

ABŞ-ın səhiyyə rəsmiləri qanunvericilərə koronavirusa cavab tədbirlərinin yaxşılaşdırıldığını bildirib. Baxmayaraq 26 ştatda COVİD-19-a yoluxma hallarının ardığını bəyan edilib. Göstəricilər prezident Trampın siyasi debatlarından sonra diqqət mərkəzindədir. Şənbə günü o, koronavirus testlərinin azaldılmasına çağırmışdı.

Virusun yeni qaynar nöqtələri Kaliforniya, Arizona və Texasdır. Nyu-Yorkda isə bərbərxanalar belə fəaliyyətə başlyıb.

Prezident tərəfdarlarına virusa yoluxma hallarının artmasına daha çox testlərin keçirilməsi səbəb olduğunu dedikdə ciddi olduğunu bildirib.

“Mən zarafat etmirəm. Buna aydınlıq gətirməliyəm. Biz dünyada hər kəsdən çox test keçiririk. Bizim testlər dünyda ən yaxşısıdır. Onların ən yaxşıları bizdədir. Daha artıq test, daha artıq yoluxma deməkdir.”

Ağ Ev bundan sonra prezidentin dediklərini inkar edib. Koronavirus üzrə operativ qrupun rəhbəri, doktor Antoni Fauçi qanunvericilərə bunun belə olmadığını deyib.

“Mənim bildiyim qədər heç kim testlərin azaldılmasını istəməyib. Bu bir faktdır. Biz daha artıq test keçirəcəyik..”

Demokratları isə Tramp administrasiyasının virusa cavab tədbirləri çox narahat edir.

“İctimai səhiyyə ekspertləri hesab edir ki, bizim gündəlik 900 min testə ehtiyacımız var. Bizi hökumətin yeni testlərin inkişafı, milli testkermə həyata keçirməməsi, izləmə strategiyası aparmaması narahat edir” - deyə, demokarat nümayəndə Frank Pallon bildirib.

Bu strategiya vaksin tapılana qədər boşluğu doldura bilər. Fauçi gələn ay keçiriləcək ilk vaksin sınaqlarına dair nikbinliyini ifadə edib.

“Bu, bizi ilin sonu və 2021-ci ilin başlanğıcında qurtara bilər..”

ABŞ qanunvericiləri Çinin virusla mübarizəsinə təzyiq göstərmək yollarını araşdırır. Baxmayaraq ki, ABŞ qanunlarına görə, xarici dövlətlər Amerika məhkəmələrində mühakimə edilə bilməz.

“Biz nəyə görə presedentsiz addım atmalıyır? Bu, Çindən gələn üçüncü virusdur. Biz Çinin virusun təbiəti haqda məlumat vermədiyini də bilirik. Onlar Çinə səfərlərə məhdudiyyət tətbiq etsələr də, öz vətəndaşlarına səyahət icəzəsi verirdi. Onlar bunun insandan insan yoluxduğunu bilirdi. Onlar dünyadansa heç olmasa Ümumdünya Səhiyyə Təşkilatına adekvat məlumat verməli idi” - deyə, respublikaçı senator Lindsi Qraham bildirib.

ABŞ koronavirus infeksiyası baxımından dünyada birinci yerdədir. Bu ölkədə 2.3 milyondan çox yoluxma, 120 mindən artıq ölüm halı qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG