Accessibility links

Trampın daxili təhlükəsizlik məsələləri üzrə müşaviri istefa verib


ABŞ prezidenti Donald Trampın daxili təhlükəsizlik məsələləri üzrə baş müşaviri Tom Bossert istefa verərək, Tramp administrasiyasını tərk edən yüksək səviyyəli rəsmilərin siyahısına daha bir ad əlavə edib.

Onun istefasının səbəbləri ilə bağlı açıqlama verilməyib. Lakin istefa mühafizəkar Con Boltonun Trampın prezidentliyinin 15 ayı ərzində milli təhlükəsizlik məsələləri üzrə üçüncü müşavir kimi vəzifəsinin icrasına başlamasından bir gün sonraya təsadüf edir. Bloomberg xəbər agentliyi və CNN tele kanalı Bossertin Boltonun müraciəti əsasında istefa verdiyi haqda məlumat verib.

43 yaşlı Bossert Trampın administrasiyasında onun inaqurasiya günündən bəri çalışırdı. O, kiber təhlükəsizlik məsələləri üzrə prezidentin əsas müşaviri idi. Bossert hökumətin keçən il Texasda, Puerto Rikoda və Virciniya adalarında dağıdıcı qasırğaların nəticələrinin aradan qaldırılması səylərində mühüm rol oynayıb.

O həmçinin televiziya kanallarında verdiyi müsahibələrdə Tramp administrasiyasının terrorizm təhlükələri ilə bağlı baxışlarını çatdıran yüksək səviyyəli rəsmi idi. Lakin Bossert Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri H.R.Makmasteri vəzifəsindən azad etməsindən sonra bu posta təyin edilməyib.

“Prezident Tomun bizim ölkəmizin təhlükəsizliyi və müdafiəsi işinə sadiqliyini yüksək qiymətləndirir. O, Ağ Evin ölkənin terror təhlükələrindən qorunması, kiber müdafiənin gücləndirilməsi və presedenti olmayan təbii fəlakətlərə cavab verilməsi səylərinə rəhbərlik edib. Prezident Tramp ona vətənpərvər xidmətinə görə təşəkkürünü ifadə edir və xoş arzularını çatdırır”, Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

Bu il başlayandan prezident Tramp dövlət katibini vəzifəsindən azad edib, milli təhlükəsizlik məsələləri üzrə müşavirlərini dəyişib, veteranların işləri üzrə naziri vəzifədən kənarlaşdırıb, Mərkəzi Kəşfiyyat Agentliyinə yeni təyinat edib, onun bir sıra müşavirləri isə Ağ Evi tərk edib. Trampın Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı davam edən təhqiqata cavabına görə məsuliyyət daşıyan yüksək səviyyəli vəkili də onlar arasındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG