Accessibility links

Tramp Ağ Evdə Yunanıstanın baş naziri Tsiprasla görüşüb


ABŞ prezidenti Donald Tramp Ağ Evdə Yunanıstanın baş naziri Aleksis Tsiprasla olduqca məhsuldar danışıqlar apardığını bildirib. Hərbi əməkdaşlıq, enerji təhlükəsizliyi və iqtisadi investisiyalar danışıqların diqqət mərkəzində olub.

Yunanıstanı regionda ən stabil ölkələrdən biri adlandıran Tramp ölkə ilə daha yaxın əməkdaşlıq aparacağını səbirsizliklə gözlədiyini deyib.

Biz iqtisadi əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə etmişik.
Donald Tramp

Tramp Yunanıstanla F-16 tipli təyyarələrin müasirləşdirilməsi məqsədilə 2.4 milyard dollar məbləğində mümkün razılığın müzakirə edildiyini bildirib. ABŞ prezidenti deyib ki, bu, Amerikada minlərlə yeni iş yerinin açılmasına kömək edə bilər.

“Biz iqtisadi əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə etmişik. Amerika xalqı bu yaxınlarda baş vermis iqtisadi böhrandan çıxan yunan xalqı ilə bir dayanır”, Tramp bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG