Accessibility links

Tramp: ABŞ misilsiz ümid, vədlər və böyük potensiala malikdir


İnaqurasiyasına bir ay qalmış Donald Tramp bildirib ki, ABŞ misilsiz ümid, vədlər və böyük potensiala malikdir. ABŞ-ın növbəti prezidenti bunu birinci xanım Mişel Obamanın dediklərinə cavab olaraq bildirib.

Alabamada keçirilən görüş zamanı Tramp deyib ki, biz bir ölkə kimi uğurlu olacağıq.

Mişel Obama
Mişel Obama

Mişel Obama sabah yayımlanacaq Opra Uinfrinin talkshow-sunda "biz indi özümüzü fərqli hiss edirik" deyib.

"Artıq ümidimiz olduğunu hiss etmirik. Ümid çox mühümdür. Ümid olmadıqda uşaqlarımıza nə verə bilərik?"- deyə Mişel Obama sual edib.

Donald Tramp
Donald Tramp

70 yaşlı Tramp birinci xanımın çox gümün ki, keçmişdən danışdığını bildirib.

Tramp qalib gəldyi ştatrlara keçirdiyi təşəkkür tədbirinin sonuncusunda iştirak edib.

Beləliklə ABŞ-ın 45-ci prezidenti Ağ Ev yolunda irəliləyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG