Accessibility links

Tramp Senatda səsvermədən öncə vergi islahatlarının təsdiqi üçün səyləri artırır


ABŞ prezidenti Donald Tramp ölkənin mürəkkəb vergi qanunları ilə bağlı Senat qanunvericiliyində dəyişikliklər edilməsinə nail olmaq üçün nüfuzlu respublikaçı senatorlarla görüşüb.

Prezident bu həftə təklif olunmuş vergi islahatları ilə bağlı Senatda tam tərkibdə bir sıra mürəkkəb səsvermədən əvvəl Senatın bəzi üzvləri ilə nahar yeməyində olub. Vergi qanunvericiliyi ilə korporasiyar üçün vergilərin 35 faizdən 20 faizə qədər ixtisar edilməsi və maliyyə vəziyyətindən asılı olaraq hamı deyil, milyonlarla amerikalı üçün vergi dərəcələrinin azaldılması nəzərdə tutulur.

Tramp Twitter səhifəsində yazdığı mesajında “qanunvericiliyə böyük dəstək verildiyini” qeyd edib. “Bəziləri riyazi olmaqla cəmi bir neçə dəyişikliklə, orta sinif və iş yerləri yaradanlar daha çox gəlir əldə edib, daha artıq dollara qənaət edə biləcək”, Tramp yazıb. O əlavə edib ki, plan kiçik bizneslərə vergilərin tətbiqini asanlaşdıracaq.

Senatın Maliyyə komitəsinin üzvləri Ağ Evdə prezident Donald Trampla görüşdən sonra müxbirlər üçün açıqlama verir.
Senatın Maliyyə komitəsinin üzvləri Ağ Evdə prezident Donald Trampla görüşdən sonra müxbirlər üçün açıqlama verir.

Lakin hələlik Ağ Evin səylərinin vergi islahatlarının təsdiqi üçün kifayət edib-etməyəcəyi aydın deyil. İslahatlar qəbul edilsə, bu, ABŞ-ın vergi sistemində son 30 ildə ən böyük dəyişikliklər olacaq.

Hazırda respublikaçılar Senatda 52 yeri tutaraq üstünlüyə malikdir. Bu o deməkdir ki, respublikaçılar 100 yerlik Senatda yalnız iki səsi uduza bilər. Səsvermə bərabər keçsə, vitse-prezident Mayk Peysin səsi həlledici rol oynayacaq.

Demokratlar arasında hələlik vergi islahatlarına dəstək verən olmayıb. Bir neçə respublikaçı senator da bəzi spesifik maddələrə etiraz bildirib.

Konqresin Nümayəndələr Palatası artıq vergi islahatları ilə bağlı öz versiyasını təsdiq edib. Lakin bu təkliflər senatdakılardan fərqlənir. Əgər Senat qanunvericiliyi təsdiq etsə, Konqresin hər iki palatası sənədin imzalanmaq üçün prezidentə göndərilməsindən öncə yekun səsvermədə eyni mətnlə bağlı razılıq əldə etməlidir.

XS
SM
MD
LG