Accessibility links

ABŞ prezidenti Senatı vergi kəsiri layihəsini təsdiq etdiyinə görə alqışlayır


ABŞ prezidenti Donald Tramp Senatın şənbə Respublikaçıların böyük vergi islahatı qanunu təsdiq etməsini alqışlayıb və bu qanun layihəsinin “ölkə tarixində ən böyük vergi kəsirlərinə gətirib çıxaracağını” deyib.

Daha sonra Nyu Yorkda respublikaçıların ianə tədbirində çıxış edən Tramp bunları deyib:

“Mən illər boyu qanunvericilərin nə üçün islahat sözündən istəfadə etdiyini anlamağa çalışırdım, çünki heç kəs islahatın nə demək olduğunu bilmir. İslahat vergilərin artması da ola bilər. Ona görə də mən hər kəsi, senatorları, konqresmenləri çağırdım, iclas keçirdim və dedim ki, biz “vergi kəsiri” sözünü istifadə etməliyik.”

Bundan əlavə Tramp Senatın iki yüksək səviyyəli respublikaçısını, çoxluq lideri Mitç Makkonnel və Senatın Maliyyə Komitəsinin sədri Orrin Hatçı qanun layihəsinin qəbul edilməsi üçün kifayət qədər səs toplaya bildiklərinə görə tərifləyib.

Senat qanun layihəsini 51-49 səs nisbətilə heç bir demokratın dəstəyi olmadan təsdiq edib. Tramp isə demokratların qanun layihəsini dəstəkləməməsini 2018-ci ildə keçiriləcək ara seçkilərdə demokratlara ziyan vuracaq siyasi səhv adlandırıb.

“Bizə demokratların heç bir köməyi toxunmadı və məncə seçki zamanı bu onlara baha başa gələcək, çünki onlar vergi kəsirlərinin əleyhinə səs verdi. Və məncə siyasi baxımdan vergi kəsirinə qarşı səs vermək yaxşı deyil,” deyə o bildirib.

Nümayəndələr Palatasının spikeri Pol Rayan Senatı alqışlayıb və Konqresi qanun layihəsini tezliklə imzalamağa çağırıb.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qanun layihəsinı fırıldaq adlandırıb və onun “milyonlarla orta sinif ailələrinin vergilərinin artmasına gətirib çıxaracağını” deyib.

Senator Con Tester daxil olmaqla bir çox demokrat respublikaçıların tələsik hazırlanan qanun layihəsini səhər tezdən heç bir ictimai müzakirə olmadan təsdiqlədiyinə görə qəzəblənib.

Lakin vergi paketinin qanuna minməsi üçün bir neçə mərhələdən keçməlidir. Senatın qanun layihəsi ilə Nümayəndələr Palatasının qanun layihəsinin təsdiq etdiyi öncəki versiyası birləşdirilməlidir. Daha sonra birləşdirilmiş versiyası Konqresin hər iki palatası tərəfindən təsdiq olunmalıdır ki, ən sonra imzalaması üçün prezidentə təqdim olunsun.

Vergi tədbirləri ilə bağlı danışıqlar Konqresin dekabrın 8-dən öncə hökümət büdcəsini təsdiq etməyə çalışdığı bir vaxt baş tutacaq.

XS
SM
MD
LG