Accessibility links

Ağ Evdə oyun və zorakılıq əlaqələri müzakirə edilir


ABŞ prezidenti Ağ Evdə video-oyunların istehsalçıları ilə oyun və zorakılıq əlaqələrini müzakirə edir. Müzakirə Florida ştatında 19 yaşlı tələbənin məktəbdə 17 nəfəri qətlə yetirməsindən bir neçə hətə sonra keçirilir.

Görüşdə video-oyunların ən böyük lobboçisi və Florida ştatından senator Mrko Rubio da daxil edilməklə, oyunlardakı zorakılıqların əleyhinə olanlar da iştirak edir..

Ağ Evin bildirdiyinə görə, oyunların uşaqlara təsiri, onlarda aqressiya və neqativ emosiyalara səbəb olması kimi məsələlər gündəmdədir.

Tramp fevralın 14-də Floridanın Parlend məktəbindəki hadisədən sonra dəfələrlə zorakılıq yayan video-oyunlar və filmlərə diqqət yetirilməsinə çağırıb.

Görüşə qatılan Əyləncə Softveyr Assosiasiyasının sözçüsü Dan Hevitt oyunlarla zorakılıq arasında əlaqə olmadığını iddia edir.

İldə video-oyunların tənzimlənməsi əleyhinə milyonlarla dollar sərf edən assosiasiya oyunların dünyaya yayılmasına baxmayaraq, kütləvi qırğınların yalnız Amerika problemi olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG