Accessibility links

Tramp Viskonsin ştatında fəhlə sinfi arasında populyardır


Trampa Viskonsində dəstək
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Trampa Viskonsində dəstək

ABŞ prezident seçkilərində Respublikaçılar partiyasından nominasiya almaq uğrunda kampaniya hazırda Birləşmiş Ştatların Viskonsin ştatında aparılır. Viskonsin Nümayədələr Palatasının spikeri Pol Rayanın doğma ştatıdır. Respublikaçı namizədlər arasında öndə gedən Donald Tramp Rayanın doğma şəhəri olan Ceynsvilldə fəhslə sinfini təmsil edən seçicilərlə görüşüb.

Ceynsvill şəhərinin konfrans mərkəzində Donald Trampı görmək üçün növbədə dayanan minlərlə insandan biri də mühasib Vilyam Kolletdir.

O, Viskonsin ştatında aprelin 5-də keçiriləcək praymeridə səsini hansı namizədə verəcəyini artıq müəyyən edib.

"Bu gün artıq deyə bilərəm ki, Trampa səs verəcəm"-düyə Kolet bildirir.

Onun Trampa səs verməsinin əsas səbəbi xarici ticarətə dair müqavilə ilə bağlıdır. O, 1993-cü ildə imzalanmış Şimali Amerika Azad Ticarətə dair Müqaviləni qeyd edir.

"Siyasətçilərin səs verdiyi NAFTA proqramına baxın. Onlar çox yaxşı bilirdilər ki, iş yerləri sərhədin o tərəfinə aparılacaq."

Bu məsələ General Motors avtomobil şirkətinin yığım zavodunun yerləşdiyi Ceynsvill şəhərində çoxlarını narahat edir. Zavod on illərdir işləmir.

Zavodun bağlanması nəticəsində yüksək maaşlı iş yerləri itirilib və əsas etibarilə respublikaçı elektoratı təmsil edən 64 min əhalisi olan şəhər sakinlərinin çoxunun həyatının dəyişdirib.

"İndi onların çoxu demokratdır. Onların ataları Amerika sənayesində çalışıb. Onların şəhər kənarında yaxşı evləri var idi. Onlar 50-ci, 60-cı illərdə orta sinfin qazandığı qədər pul alırdı. indi onlar geriyə baxıb bunların haraya getdiyini düşünür"-deyə Medisonda Viskonsin universitetinin tarix professoru Con Şarples bildirir.

Şarples 2000-ci ildə Konqresə seçkilərdə çox kiçik fərqlə məğlub olmuşdu. O deyir ki, Respublikaçılar pariyasının rəhbərliyi bir neçə seçkidə fəhlə sinfini təmsil edən seçicilərə kifayət qədər qiymət verməyib.

"Fikrimcə, onlar zərər çəkmiş, qəzəbli bir qrupu təmsil edir. Onlar demokratlar, eləcə də Respublikaçılar tərəfindən rədd edildiklərini fikirləşir. Tramp bu qəzəbdən istifadə edib"-deyə professor Şarples izah edir.

21 yaşlı Çarli Luitinq Trampın nailiyyətlərini xüsusi qeyd edir.

"O, Amerikada biznesmenlərinin kralıdır. Buna bənzəyir"-deyə o bildirir.

Lakin Luitinqin fikrində başqa siyasətçi də var. O da Pol Rayandır. Rayan onun anası ilə bir məktəbə gedib. Respublikaçılar arasında namizəd məsələsində fikir ayrılığı yaransa iyul ayında partiya qurultayında Nümayəndələr Palatasının spikerinin nominasiya edilə biləcəyi ilə bağlı ehtimallar var.

"Pol yarışlara qatılsa, şəxsi münasibətimə görə mən ona səs verəcək. Mən ona inanıram. O, təmiz adamdır, düzgün adamdır"-deyə Luitinq bildirir.

Professor Şarples deyir ki, Rayan Respublikaçılar partiyasından nominasiya alaraq güclü rəqib ola bilər. "Əgər bir yolla namizəd olsa, o, Hillari Klintona güclü rəqabət təşkil edə bilər"-deyə o bildirir.

2012-ci ildə Mit Romni ilə birlikdə Respublikaçılar partiyasından prezident seçkilərində iştirak edən Rayan deyir ki, partiyadan nominasiyanı hazırda yarışlarda olan namizəd almalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG