Accessibility links

Tramp aparat rəhbərini əvəzləyib


Prezidentin yeni aparat rəhbəri vəzifəsinə təhlükəsizlik naziri Con Kelli təyin edildi.
Prezidentin yeni aparat rəhbəri vəzifəsinə təhlükəsizlik naziri Con Kelli təyin edildi.

Ağ Evin aparat rəhbəri Reyns Pribus cümə günü təqaüddə olan dəniz donanması generalı Con Kelli ilə əvəzlənib. Kelli Tramp administrasiyasında təhlükəsizlik naziri vəzifəsində çalışırdı.

Pribus son həftələrdə getdikcə daha çox arxa planda görünürdü. Xatırladaq ki, bir neçə gün öncə Ağ Evin yeni kommunikasiya direktoru Antoni Skaramuççi ictimai şəkildə onu “paranoid şizofrenik” adlandırılmışdı.

Müxbirlər qarşısında çıxış edən Ağ Ev mətbuat katibi Sara Hakabi Sanders bildirib ki, “Tramp və Pribus arasında bu barədə müzakirələr iki həftə öncə başlayıb.”

Sabiq prezident aparatı rəhbəri Reyns Pribus.
Sabiq prezident aparatı rəhbəri Reyns Pribus.

Pribus CNN-ə istefası haqqında intervyusunda deyib ki, prezident fərqli istiqamətdə irəliləmək istəyirdi. “Hər şeyi sıfırdan başlamaq üçün çox yaxşı bir vaxtdır” bildirən Pribus əlavə edib ki, Ağ Evin bu yanaşmaya ehtiyacı var.

Sabiq aparat rəhbəri deyib ki, istefa ərizəsini prezidentə cümə axşamı təqdim etsə də, mətbuat bu barədə yalnız cümə günü məlumatlandırılıb.

Tramp öz administrasiyasındakı dəyişiklik haqqında ictimai şəkildə fikrini ilk dəfə prezident təyyarəsində olduğu müddətdə, Tvitter vasitəsilə edib: “Reyns çox yaxşı insandır. Con Kelli isə fantastik iş görəcək.”

Prezidentin təyyarəsinin Merilenddəki hərbi bazaya enməsindən sonra Tramp müxbirlərə Kellinin indiyədək yaxşı işlər gördüyünü və hər kəs tərəfindən hörmət edildiyini bildirib.

Kelli bazar ertəsi yeni vəzifəsinə başlayandan sonra, təhlükəsizlik nazirinin müavini Eleyn Dyuk müvəqqəti olaraq nazir vəzifəsini həyata keçirəcək.

XS
SM
MD
LG