Accessibility links

Prezident Tramp üçün yeni rol [Video]


Prezident Tramp üçün yeni rol
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Bu, Donald Tramp üçün yeni bir roldur. Las Veqas qətliamı qurbanlarını Ağ Evdə bir dəqiqəlik sükutla yad edərkən, o, ölkəyə təsəlli verən əsas şəxs oldu.

Tramp həm də Las Veqasa səfər edərək yaralanlara ürək-dirək verdi, atışma baş verən anlarda köməyə gələn ilk şəxslərin cəsarətini alqışladı.

“Biz burada sizinlə bir dayanaraq, ağrınızı bölüşürük. Siz yalnız deyilsiniz. Biz sizi tək qoymayacayıq.”

Bir gün öncə prezident Puerto Rikoda idi. O, bərpaetmə işləri ilə maraqlanıb və sakinlərlə görüşüb.

Lakin Tramp öz administrasiyasının Mariya qasırğasının gətirdiyi faciəyə reaksiyada yavaş olduğu ilə bağlı şikayətlərə cavabda gecikmədi.

“Xəstəxanaların əksəriyyəti açıq, ya da qismən açıqdır. Amma çoxu açıqdır. Yenə də deyirəm, burada indiyədək görülən işlər möcüzəyə bənzəyir.”

Tramp xalqa təsəlli vermək məsuliyyətini üzərinə götürərək, sabiq prezidentlərin yolunu davam edir.

Bura 1995-ci ildə Oklahoma şəhərində bomba partlayışından sonra Bil Klinton…

“Biz birmənalı olaraq Amerikanı itirmədik, biz tələb olunacaq qədər sizinlə bərabərik.”

2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ölkəni irəliyə aparan Corc Buş…

“Biz yorulmayacayıq, biz dayanmayacayıq, biz yıxılmayacayıq.”

Və 2015-ci ildə Cənubi Karolinada irqi zəmində baş verən atışmadan sonra Barak Obama kimi.

Təhlilçi Con Fortyer deyir ki, bu, Tramp üçün liderliyin yeni sınağıdır.

“Siyasi partiyaların Las Veqas qətliamına necə cavab verilməsi ilə bağlı fikir ayrılıqları olsa, ölkədəki qütbləşmə daha da dərinləşəcək. Amma məncə prezident Las Veqasda həmin ənənəvi rolda çıxış edə bildi.”

Tənqidçilər isə deyirlər ki, prezident özünün mübarizə instinktlərindən əl çəkən deyil.

“Məncə o bölücü rolda çıxış edəndə özünü daha rahat hiss edir. Düşünürəm ki, bu həm də onun siyasi gündəminə yardım edir. Bu yolla o, prezident seçilib.”

Trampın növbəti çətinliyi vergi islaharları başda olmaqla öz siyasi gündəminə qayıtmaqdır.

XS
SM
MD
LG