Accessibility links

Tramp-Zelenski görüşünün həyəcanı - Ukrayna ABŞ-ın siyasi mübarizəsinə sürüklənməkdən qorxur


Ukrayna rəsmiləri çərşənbə günü prezident Vladimir Zelenski və ABŞ dövlət başçısı Donals Tramp arasındakı görüşü həyəcanla gözləyir. Belə ki, onları Ukraynanın ABŞ-ın siyasi mübarizəsinə sürüklənməsi və Vaşinqtonun dəstəyinin kölgə altına alınması qorxudur.

ABŞ-ın iki əsas partiyası 2014-cü il Kremlin müttəfiqi Viktor Yanukoviçin hakimiyyətdən getməsinə səbəb olan Maydan etirazlarından sonra Kiyevə böyük dəstək nümayiş etdirir.

Ukrayna rəsmiləri yeni prezident Zelenskinin BMT-nin Baş Assambleyasının Nyu-York toplantısı çərçivəsində keçiriləcək görüş zamanı diplomatik “kəndir” üzərində dayana bilib-bilməyəcəyi narahat edir. Onları kiçik bir büdrəyişin belə Rusiyanın Krımın ilhaqına görə Rusiyaya müqavimət göstərən Kiyevə uzunmüddətli mənfi təsiri qorxudur.

Xəbər agentliklərinin bildirdiyinə görə, Donald Tramp Zelensikini 2020-ci il sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin oğlu ilə bağlı araşdırılma aparılmasını istəyib.

Prezident Zelenski ilə telefon söhbətini "tam mükəmməl" adlandırıb. ABŞ prezidenti Ukrayna dövlət başçısı ilə telefonla danışmaqla heç bir səhvə yol vermədiyini deyib.

"Söhbət daha çox təbrik mahiyəti daşıyıb, baş alıb getməkdə olan korrupsiyadan olub. Biz Co Bayden və onun oğlu kimi xalqımızın Ukraynada korrupsiya yaradılmasında iştirakını istəmirik," Tramp deyib.

Xəbər agentlikləri Trampın Zelenskidən telefon söhbəti zamanı 8 dəfə Baydeninin oğlu barədə araşdırma aparılmasına çağırdığını bildirir. Mənbələrə istinadən bildilirib ki, Tramp Zelenskinin vəkili Rudolf Culiani ilə Baydeni kölgəyə salacaq araşdırma ilə bağlı əməkdaşlıq etməsini istəyir.

Ukraynanın xarici işlər naziri Vadim Prıstayko Hrmodanski xəbər agentliyinə deyib ki, Ukrayna belə bir mövqedə olsa bilsəydi də, ABŞ siyasətində tərəf tutmazdı.

Trampın telefon söhbətinin transkripti hələ açıqlanmayıb.

Bayden isə məsələ ilə bağlı istintaqa çağıraraq, Trampı vəzifəsindən sui-istifadə etməkdə günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG