Accessibility links

Tramp və Abbas Yaxın Şərq sülh prosesində diplomatik səyləri gücləndirməyə söz verib [VİDEO]


ABŞ prezidenti Donald Tramp Ağ Evdə Fələstinlilərin lideri Mahmud Abbası qəbul edib. Liderlər Yaxın Şərq sülh prosesində diplomatik inkişafa nail olunması səylərini müzakirə edib.

Donald Tramp və Mahmud Abbas arasında görüş səmimi şəraitdə keçib. Lakin Amerika prezidentinin mesajı kəskin olub-Birləşmiş Ştatlar şərtləri diktə etməyəcək, fələstinlilər və israillər razılığın əldə oluması üçün birgə işləməlidir.

ABŞ prezidenti Donald Tramp: “Mən moderator, arbitr, ya da vasitəçi olmaq istəyərdim və biz bu işi görüb qurtaracayıq.”

Fələstinlilərin lideri deyib ki, onun xalqı bütün dünyada hələ də işğal altında yaşayan yeganə xalqdır.

Mən moderator, arbitr, ya da vasitəçi olmaq istəyərdim və biz bu işi görüb qurtaracayıq/
Donald Tramp

Fələstinlilərin lideri Mahmud Abbas: “Mən inanıram ki, biz sizin rəhbərliyiniz, qətiyyətli liderliyiniz və müdrikliyiniz, böyük vasitəçilik qabiliyyətləriniz, eləcə də Allahın köməkliyi və bütün səylərimizlə tarixi sülh razılaşmasına nail olmaq üçün həqiqi tərəfdaş ola biləcəyik.”

Görüşdən sonra nahar yeməyi zamanı Tramp Mahmud Abbasa deyib ki, sülhə nail olunması bəlkə də “insanların uzun zamandır düşündüyü qədər çətin olmaya bilər”. Nahar yeməyində vitse-prezidenti Mayk Pens və dövlət katibi Reks Tillerson da iştirak ediblər.

Sülh prosesində dönüşə nail olmaq qarşısında böyük maneələr Trampdan əvvəlki prezidentlər üçün ciddi çətinliklər yaratmışdı.

Bununla yanaşı, Abbas özünün mənsub olduğu Fətah partiyasında və Qəzza zolağına nəzarət edən rəqib Həmas qrupu tərəfindən ciddi sınaqlarla üzləşir.

Mən inanıram ki, biz sizin rəhbərliyiniz, qətiyyətli liderliyiniz və müdrikliyiniz, böyük vasitəçilik qabiliyyətləriniz, eləcə də Allahın köməkliyi və bütün səylərimizlə tarixi sülh razılaşmasına nail olmaq üçün həqiqi tərəfdaş ola biləcəyik.
Mahmud Abbas

Sülh prosesində inkişafa nail olunması uzun vaxt ala bilər. Lakin Yaxın Şərqdə diplomatik müzakirələrə cəlb olunmuş vasitəçilərin çoxu status-kvo vəziyyətinin baha başa gəldiyini deyərək, bu səylərə ümidsiz baxmır.

Vaşinqtonda Beynəlxalq və Strateji Araşdırmalar mərkəzinin təhlilçisi Antoni Kordsman.

“Tam ümidsizliyə qapılmaqdansa, səy göstərməyə davam etmək daha yaxşıdır. Xüsusilə də bunu tədricən və təmkinlə, imkansız möhlətlət və gözləntilər yaratmadan etmək mümkün ola bilər.”

Danışıqlara növbəti həftələr ərzində yenidən təkan verilə bilər. Belə ki, ABŞ prezidentinin bu ayın sonu İsrailə mümkün səfərinin planlaşdırılması başlanıb.

XS
SM
MD
LG