Accessibility links

Tramp Ərdoğanı Suriyadakı hərbi əməliyyatları məhdudlaşdırmağa çağırıb [Video]


Tramp Ərdoğanı Suriyadakı hərbi əməliyyatları məhdudlaşdırmağa çağırıb
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Tramp Ərdoğanı Suriyadakı hərbi əməliyyatları məhdudlaşdırmağa çağırıb

Çərşənbə günü Rəcəb Tayyib Ərdoğan çıxışında bildirib ki, Afrin ərazisində keçən həftədən başlayan hərbi əməliyatlar zamanı Türkiyə və müttəfiq Suriya qüvvələri 268 Kürd hərbi dəstə üzvünü öldürüb. Türkiyəli lider Suriyadakı kürd döyüşçüləri PKK terrorist qrup ilə əlaqəli olmaqda və Türkiyədəki kürdlərlə birləşərək Türkiyə Suriya sərhədində müstəqil Kürdistan dövləti yaratmaq istəməkdə ittiham edir.

ABŞ tərəfindən dəstəklənən Kürd hərbi hissələri Suriyadakı İŞİD-ə qarşı uğurlu əməliyyatlar apararaq, terroristlərdən azad etdikləri əraziləri nəzarət altına alıblar. Kürd dəstələrinin komandirləri həmin əraziləri saxlamaq iddiasındadırlar.

ABŞ Suriyadakı güclü silahlanmış İŞİD-ə qarşı mübarizə aparmaq məqsədilə Kürd qüvvələrinə hərbi yardım östərmişdi. Prezident Ərdoğan isə hər zaman bu dəstəyə qarşı tənqidi yanaşıb. ABŞ Müdafiə nazirliyinin sözçüsünün Alhurra televiziyasına verdiyi müsahibəsində bildirib ki, ABŞ rəsmiləri yaranmış narahatlıqları aradan qaldırmaq və İŞİD-ə qarşı mübarizənin gələcəyini müzakirə etmək üçün rəsmi Ankara ilə sıx əlaqə qurur.

"Biz Afrində baş verənləri ciddi şəkildə diqqətdə saxlamalıyıq və əmin olmalıyıq ki, bu əməliyyatlar sivil insanlara zərər vurmayacaq. Türkiyənin sərhəd təhlükəsizliyi lə bağlı legitim narahatlıqları həll olunduqdan sonra əsasən Suriyanın cənub və şərqində yerləşən İŞİD qüvvələrinə qarşı mübarizəmizi davam etdirəcəyik." - deyə, Adrian Qallavey bildirib.

Mayor Adrian Qalloveyin sözlərinə görə, ABŞ İŞİD-ə qarşı mübarizə aparan bir neçə hərbi qüvvələri dəstəkləyib.

"Əgər o qruplardan hər hansı biri İŞİD-ə qarşı mübarizəni dayandırmaq qərarına gəlsə biz onlara olan dəstəyimizi sonlandıracağıq. Məsələn, əgər Kürd militanları İŞİD-ə qarşı bizimlə birlikdə işləməyi dayandırsa onlar ABŞ tərəfindən edilən təchizat, müşavir, hava hücumu və başqa dəstəklərdən məhrum olacaqlar." - deyə, o əlavə edib.

ABŞ hərbi rəsmiləri Türkiyə və Kürd tərəflərinə danışıqlara başlamaq haqqında çağırışlar edib və tərəfləri yenidən Türkiyə sərhədində gərginlik yarada biləcək İŞİD-ə qarşı birgə mübarizə aparmağa səsləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG