Accessibility links

Qrand Jürinin çağrılmasından sonra Tramp tərəfdarlarını səfərbər edir


Sabiq FBI Direktoru Robert Mueller

Qərbi Virciniya ştatında söylədiyi nitqdə Prezident Donald Tramp onun seçki kampaniyasının Rusiya ilə təmasları barədə deyilənləri “total uydurma” adlandırıb. Onun sözlərinə görə, bu əməllər opponetlərinin seçkilərdə uduzduqlarına haqq qazandırmasına xidmət edir.

Xüsusi Təhqiqatçı və sabiq FBI Direktoru Robert Mueller qrand jürinin toplanmasına çağırıb ki, bu, da Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı araşdırmanın kifayət qədər ciddiliyindən xəbər verir.

Onlar sizi bu uydurma hekayə ilə arzuladığınız rəhbərlikdən məhrum etməyə çalışırlar.

“Onlar sizi bu uydurma hekayə ilə arzuladığınız rəhbərlikdən məhrum etməyə çalışırlar,” Tramp Huntington şəhərində tərəfdarları qarşısındakı çıxışında bəyan edib.

Xüsusi təhqiqatçının araşdırmasına gəldikdə, Tramp deyib: “Ümid edirəm ki, yekun qənaət həqiqətən də vicdanlı qənaət olacaq.”

Prezident əlavə edib ki, “gərək ittihamçılar Hillarinin 33,000 pozulmuş emailinə baxsınlar.”

Demokrat namizəd Hillari Klinton 2016 prezident seçkilərində ümumi səs çoxluğunu qazansa da, konstitutsiyada təsbit edildiyi qaydada elektoral kollegiya sisteminə (ştat səsləri) əsasən səsverməni uduzduğuna görə Respublikaçı namizəd Tramp prezident oldu.

Prezident Tramp Qərbi Virciniya ştatında nümayişdə çıxış edir. 3 avqust, 2017.
Prezident Tramp Qərbi Virciniya ştatında nümayişdə çıxış edir. 3 avqust, 2017.

“Əgər Mueller qrand jürini toplayıbsa, bu, cinayətin baş verdiyinə dair əldə kifayət qədər dəlilin olduğuna işarə edir,” Corctaun Universitetinin professoru Antoni Klark Arend Amerikanın Səsinə bildirib.

Röyters xəbər agentliyi bildirir ki, 2016-cı ilin iyununda prezidentin oğlu Donald Tramp Jr. və başqa yüksək rütbəli kampaniya rəsmilərinin Rusiyadan gəlmiş vəkillə görüşdüyünə dair istintaq başlanıb. Bəziləri həmin bu görüşün Rusiya ilə Tramp kampaniyası arasında mümkün əməkdaşlığa işarə olduğunu deyirlər.

Açıqlanmış email yazışmasına əsasən, Trampın oğlu görüş təklifini ruslarda Klinton əleyhinə kompromat informasiyanın olduğu deyildikdən sonra qəbul edib.

XS
SM
MD
LG