Accessibility links

Trampı dəstəkləyən çinli-amerikalılar [Video]


Trampı dəstəkləyən çinli-amerikalılar
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Trampı dəstəkləyən çinli-amerikalılar

Bəziləri Trampı kobud və siyasi səhvlərə yol verən bir siyasətçi kimi görsə də, "Trampı Dəstəkləyən Çinli Amerikalılar” qrupunun üzvləri buna əhəmiyyət vermədiklərini deyir.

Asiyalı amerikalıların üç təşkilatının apardığı araşdırmanın nəticələri göstərir ki, asiyalı-amerikalı seçicilər arasında demokratları dəstəkləyənlərin sayı respublikaçılardan üç dəfə çoxdur. Amma bir qrup çinli-amerikalı biznes maqnatını dəstəkləyir. Onlar Kaliforniyanın Anahaym şəhərində Trampın mitinqində iştirak edib.

Biz Trampı, ona dəstək bir faiz təşkil edəndən indi o, respublikaçılar partiyasının namizədi olanadək dəstəkləmişik. Biz onun birmənalı olaraq prezident olacağına inanırıq.
Tian Vanq

Yüzlərlə mitinq iştirakçısı arasında “Trampı Dəstəkləyən Çinli Amerikalılar” qrupunun üzvləri çoxluq təşkil edir. Hamı onlarla selfi çəkdirmək istəyir.

“Biz hamımız Trampı sevirik. Düşünürük ki, o, sözü açıq deyir,” deyə Tian Vanq bildirir.

Los Anceles sakini Tian Vanq milyarder Donald Trampın çıxışlarını internetdə dinləyib. Daha sonra o, “Trampı Dəstəkləyən Çinli Amerikalılar” qrupunu təsis edib və qrupun işini Çində istifadə edilən “WeChat” sosial media applikasiyası vasitəsilə təşkil edib.

Hazırda ABŞ-da “Trampı Dəstəkləyən Çinli Amerikalılar” qrupunun təxminən 2 min üzvü var.

“Biz Trampı, ona dəstək bir faiz təşkil edəndən indi o, respublikaçılar partiyasının namizədi olanadək dəstəkləmişik. Biz onun birmənalı olaraq prezident olacağına inanırıq,” deyə o bildirir.

Bəziləri Trampı kobud və siyasi səhvlərə yol verən bir siyasətçi kimi görsə də, qrupun üzvləri buna əhəmiyyət vermədiklərini deyir.

Nensi Cian: “Mən onun danışıq tərzini başa düşürəm. O bir valideyn kimidir. Biz atamızı dinləməyəndə o da bizimlə bu tonda danışır. Atamız bizi danlayır, amma məncə, bu, böyük problem deyil. Əsas məsələ isə odur ki, Trampın ölkəni idarə etmək haqda baxışı, onun sahibkarlıq ruhu bunu göstərir ki, o çox möhkəmdir.”

Tramp Çinlə bağlı sərt mövqe nümayiş etdirir. O, Çini valyuta manipulyatoru adlandırıb. Amma qrup üzvləri bunun onlar üçün problem olmadığını deyir.

Biz hamımız Trampı sevirik. Düşünürük ki, o, sözü açıq deyir.
Tian Vanq

Tian Vanq: “Mən Trampın Çin əleyhinə bir şey dediyini düşünmürəm. Tramp həmişə “Mən Çini sevirəm, mən çinliləri sevirəm” deyib.”

Onlar Trampı və Respublikaçılar partiyasını mühafizəkar dəyərlərin çin dəyərlərinə daha yaxın olduğuna görə dəstəklədiklərini deyir.

“Marixuananın, eynicinslilərin nikahının qanuniləşdirilməsi kimi məsələr bizim xoşumuza gəlmir – biz bunların əleyhinəyik. Biz Amerikaya gələndə, bizim üçün vacib olan gələcəyimiz idi. Bura gəlməyimizin səbəbi o idi ki, bura demokratikdir, azaddır və imkanlar ölkəsidir. Amma əgər hər kəs marixuana çəksə, uşaqlar gey olsa, xaos yaranmayacaqmı?” deyə Vivian Çen gileylənir.

Prezidentliyə hansı namizədi dəstəkləmək məsələsində onların amerikalılar və çinli-amerikalılar arasında azlığı təmsil etməsinə baxmayaraq, qrup bildirir ki, prezident Obamanın səkkiz illik hakimiyyətindən sonra ölkədə lazım olan dəyişiklikləri bir tək Tramp edə biləcək.

XS
SM
MD
LG