Accessibility links

Tramp ilk xarici səfərində qarışıq mesajlar verib


Tramp ilk xarici səfərində qarışıq mesajlar verib
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Tramp ilk xarici səfərində qarışıq mesajlar verib

Donald Tramp prezident olaraq ilk xarici səfərindən Vaşinqtona geri dönüb. Doqquz gün davam edən səfərdə hər hansı böyük qalmaqal yaşanmasa da, bəzi təəccüb doğuran məqamlar yaşandı.

Donald Tramp xarici səfərinə Səudiyyə Ərəbistanından başlamışdı.

Biz buraya digər insanlara necə yaşamalı, nə etməli, nə olmalı və ya necə ibadət etməli olduqlarını deməyə gəlməmişik.
Donald Tramp

Orada o, müsəlman liderlərə onlara öyüd verməyə gəlmədiyini demişdi.

“Biz buraya digər insanlara necə yaşamalı, nə etməli, nə olmalı və ya necə ibadət etməli olduqlarını deməyə gəlməmişik”, Tramp dedi.

Lakin səfərin sonuna doğru Trampın tonu kəskin dəyişdi.

Brüsseldə NATO sammitində Tramp ABŞ müttəfiqlərini müdafiyəyə kifayət qədər maliyyə ayırmamaqda günahlandırıb.

“Bu, Birləşmiş Ştatlar xalqı və vergiödəcəyilərinə qarşı ədalətli deyil. Bu ölkələrin çoxu son illərə görə ittifaqa böyük miqdarda pul borcludurlar”, o deyib.

Trampın bu çıxışı nəzərəçarpacaq dərəcədə narahatedici idi. Lakin onun NATO-nun birgə müdafiə sazişinə sadiq qalmaması ilə vəziyyət daha da naqolay bir hal alıb.

“O, müttəfiqlərimizə qarışıq mesajlar göndərir. Fikrimcə, əgər sən özün ittifaqa sadiq olduğunu göstərmirsənsə, digərlərini sadiq olmağa təşviq edə bilməzsən”, deyə Amerika Sahibkarlıq İnstitutundan Fillip Lohaus bildirir.

Donald Tramp NATO-da çıxış edir
Donald Tramp NATO-da çıxış edir

Səudiyyə Ərəbistanından sonra Tramp İsrail və Fələstin torpaqlarını ziyarət edib.

O, Yaxın Şərqdə sülh prosesi ilə bağlı nikbiliyini dilə gətirsə də, bu prosesi irəlilətmək planları ilə bağlı çox az detal paylaşıb.

Bunun bir yolu İrana etimad etməyən Ərəb ölkələri ilə İsraili bir araya gətiməkdir.

İranlı-amerikalı jurnalist Nigar Murtazavi sözlərinə görə, əslində Trampın xarici səfərinin əsas diqqət mərkəzində də elə İranı pisləmək yer alıb.

Belə görünür ki, o, İranı düşmən siyahısının ön sırasına əlavə etmək istəyir və İranı düşmən hesab edən yeni müttəfiqlər əldə etməyə çalışır.
Nigar Murtazavi

“Belə görünür ki, o, İranı düşmən siyahısının ön sırasına əlavə etmək istəyir və İranı düşmən hesab edən yeni müttəfiqlər əldə etməyə çalışır”, Mortazavi deyir.

Trampın səfərinin geri qalan hissəsi, yəni Vatikanda Papa Fransislə və İtaliyanın baş naziri ilə görüşü hadisəsiz keçib.

Tramp ilk xarici səfərinin uğurlu keçdiyini deyib və tvitterdə “ABŞ üçün milyardlarla dollar dəyərində pula qənaet etdiyini və iş yerlərini ABŞ-da saxladığını” yazıb.

O artıq Vaşinqtondadır. Burada isə onun administrasiyası Rusiya ilə bağlı qalmaqalı həll etməyə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG