Accessibility links

Vəkil Veselnitskaya Trampın oğluna Hillari Klintonla bağlı kompromat ötürəcəyini vəd edib


Yeni açıqlanmış emaillar göstərir ki, rusiyalı vəkil ABŞ prezidenti Donald Trampın böyük oğluna keçən il prezident seçkilərində Trampın rəqibi olmuş demokrat Hillari Klintonla bağlı kompromat informasiya verməyi vəd edib.

Donald Trampın oğlu ABŞ-da Natalya Veselnitskayanı təmsil edən musiqi publisisti Rod Qolstonla yazışmalarını çərşənbə günü açıqlayıb. Vəkil Donald Tramp oğulla keçən il iyun ayında görüşüb. Görüş Trampın Respublikaçılar partiyasından prezidentliyə rəsmən namizəd olmasından bir qədər sonra baş tutub.

Bu aydındır ki, çox yüksək səviyyədə və olduqca həssas informayadır, lakin Rusiya və onun hökumətinin cənab Trampa dəstəyinin bir hissəsidir.
Qoldstonun Trampın oğluna emailindən

İyunun 3-də Qoldstonun Tramp oğula yazdığı emaildə “rusiyalı prokurorun Trampın kampaniyasına bəzi rəsmi məlumatlar və Hillari Klinton və onun Rusiya ilə əlaqələrinə dair kompromat informasiya təqdim etmək istədiyi” bildirilir. Emaildə bu informasiyanın “sizin atanız üçün çox faydalı ola biləcəyi” bildirilir.

Vəkil Natalya Veselnitskaya
Vəkil Natalya Veselnitskaya

“Bu aydındır ki, çox yüksək səviyyədə və olduqca həssas informayadır, lakin Rusiya və onun hökumətinin cənab Trampa dəstəyinin bir hissəsidir”, emaildə yazılıb.

Tramp oğulun bir neçə dəqiqədən sonra “əgər bunlar sizin dediyiniz kimidirsə, mən onları xüsusilə də yayın sonlarında görmək istərdim” yazıb.

Bu informasiya sizin atanız üçün çox faydalı ola bilər.
Qoldstonun Trampın oğluna emailindən

Bundan bir neçə gün sonra Qoldston Veselnitskayaya işarə edərək, onun “Rusiya hökumətinin vəkili olduğunu və Tramp oğulla görüşmək üçün Moskvadan uçub gələcəyini yazıb. Moskva Veselnitskayanı tanıdığını və ABŞ-ın prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddialarını rədd edir.

Donald Trampın böyük oğlu Republikaçılar partiyasının prezidentliyə namizədi Donald Trampın kampaniya tədbirində danışan zaman
Donald Trampın böyük oğlu Republikaçılar partiyasının prezidentliyə namizədi Donald Trampın kampaniya tədbirində danışan zaman

Emailləri açıqlayandan sonra Tramp oğul bildirib ki, o, vəkili görəndə onun Klintonla bağlı kompromat informasiyaya malik olmadığını başa düşüb. Onların bildirdiyinə görə, Veselnitskaya söhbəti tez zamanda ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına və Moskvanın buna cavab oalraq Rusiyadan uşaqların amerikalılar tərəfindən övladlığa götürməsinə icazə verməməsi məsələsinə yönəldib.

Emaillər Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı Konqresdə bir neçə təhqiqatın aparıldığı bir vaxt açıqlanıb. Konqresdəki təhqiqatlarla yanaşı, Federal Təhqiqatlr Bürosunun keçmiş direktoru Robert Müllerin xüsusi prokuror təyin edildiyi cinayət tərkibli iş də aparılır.

ABŞ-ın kəşfiyyat agentlikləri Rusiya prezidenti Vladimir Putinin Klintonun adını ləkələmək və Trampın onu məğlub etməsinə kömək məqsədilə ABŞ prezident seçkilərinə müdaxiləyə şəxsən göstəriş verdiyi haqda nəticə çıxarıb.

XS
SM
MD
LG