Accessibility links

Trampın qələbəsindən sonrakı ilk müsahibəsi [Video]


Trampın qələbəsindən sonrakı ilk müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Trampın qələbəsindən sonrakı ilk müsahibəsi

ABŞ prezident seçkilərində qalib gələndən bəri Respublikaçı Donald Tramp ritorikasını yumşaldıb. Bu yumşalma onun seçki kampaniyası zamanı etdiyi vədləri həyata keçirib-keçirməyəcəyi ilə bağlı suallar yaradıb. Tramp həmçinin Demokrat rəqibi Hillari Klinton və onun həyat yoldaşı, keçmiş prezident Bill Klinton eləcə də hazırkı prezident Barak Obamanı tərifləyib. Bazar günü prezidentliyə yeni seçilmiş Tramp CBS televiziya kanalına verdiyi müsahibədə bir sıra çətin sualları cavablandırıb.

Biz cinayətkar və kriminal keçmişləri olan insanları, yəni qanqster üzvləri, narkotik alverçilərini deportasiya edəcəyik.
Donald Tramp

Trampın gözlənilməz qələbəsi Amerikanın böyük şəhərlərində etirazlarla qarşılanıb. Bundan əlavə, bəzi etiraz aksiyaları inaqurasiya günü ərəfəsinə planlaşdırılıb.

“Fikrimcə belə bir etiraz ölkədə yeni prezidentdən narazı olan digər insanlara və beynəlxalq kütləyə amerikalıların onun irqçi, seksist gündəmini dəstəkləmədiyi mesajını göndərir”, deyə los-ancelesli etirazçı Katlin Danlevi bildirir.

Tramp qeyd edib ki, onun keçmiş siyasi rəqibləri öz dəstəklərini təklif ediblər. CBS kanalının “60 Minutes” proqramına müsahibədə o, Klintonları “istedadlı ailə” kimi xarakterizə edib və onlardan məsləhət ala biləcəyini deyib. O, Meksika ilə sərhəddə divar inşa etmək niyyətini təsdiqləyib, amma bəzi yerlərdə divarın əvəzinə hasarın ola biləcəyini vurğulayıb.

“Bəzi yerlər üçün divar daha uyğundur. Mən bu sahədə, yəni tikintidə çox bacarıqlıyam,” Tramp bildirib.

Konqresdəki Respublikaçılar Trampın söz verdiyi kimi 11 milyon qanunsuz mühaciri deportasiya etmək üçün bir komanda hazırlamadıqlarını açıq şəkildə bildiriblər. 60 Minutes verlişindəki müsahibədə isə Tramp onların bəzilərinin deportasiya ediləcəyini israr edib.

Donald Tramp
Donald Tramp

“Biz cinayətkar və kriminal keçmişləri olan insanları, yəni qanqster üzvləri, narkotik alverçilərini deportasiya edəcəyik. Bu insanlardan burada çoxdur, təxminən iki və ya hətta 3 milyon və biz onları ölkəmizdən çıxaracağıq, ya da həbs edəcəyik. Axır-əvvəl biz onları göndərəcəyik, çünki onlar burda qanunsuz qalırlar. Sərhəddə təhlükəsizlik təmin edildikdən və hər şey normaya salınandan sonra, biz digər insanlar barədə də qərar verəcəyik ki, onlar da çox gözəl insanlardır,” Tramp deyib.

Prezidentliyə keçmiş namizəd Berni Sanders isə Demokratların haqq-ədalət naminə sadə vətəndaşlara əsaslanan hərəkat başlamalı olduqlarını bildirib.

“Bizim bütün dünya ölkələri arasında reseptli dərmanlar üçün ən yüksək qiymət ödəməyimizin, hər kəsi səhiyyə xidmətləri ilə təmin etməyən yeganə böyük ölkə olmağımızın heç bir rasional səbəbi yoxdur,” Sanders bildirib.

Tramp prezident Barak Obamanın həyata keçirdiyi səhiyyə proqramını ləğv edib, "Obamacare" adlanan bu proqramın bəzi müddəalarının yer aldığı fərqli bir proqramla əvəzləyəcəyini deyib.

XS
SM
MD
LG