Accessibility links

Prezident Trampın Qüdslə bağlı qərarı tənqidlərlə qarşılaşır [Video]


Prezident Trampın Qüdslə bağlı qərarı tənqidlərlə qarşılaşır
please wait

No media source currently available

0:00 0:02:28 0:00

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ərəb dünyası, eləcə də Avropa və digər regionlarda tənqidlə qarşılanıb. Çərşənbə günü çıxışı zamanı Tramp sələfləri ABŞ-ın İsrailə 22 il öncə verdiyi sözü tutmadığına görə, bu qərarını “gecikmiş addım” adlandırıb. Lakin Qüdsün statusu mübahisəli bir məsələdir və çoxları bu məsələnin israillilər ilə fələstinlilər arasında müzakirə olunmalı olduğuna inanır.

Fələstinlilər və onların tərəfdarları ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı olaraq tanımaq qərarını qəzəblə qarşılayıb.

“Tramp burada və xaricdə dini ekstremizmə güzəştə gedir və o, regionda sülh yaratmaq ehtimalını aradan qaldırıb,” deyə Amerika-İslam Münasibətləri Şurasından Nihad Avad bildirir.

Trampın adımının Yaxın Şərqdə iki-dövlətli həll yoluna xələl gətirdiyi deyilir. BMT-in baş katibi bildirib ki, Qüdsün statusu israillilər ilə fəlləstinlilər arasında birbaşa danışıqlar vasitəsilə həll olunmalıdır və bir daha qeyd edib ki, hər hansı birtərəfli addım regiondakı sülh səylərinə xələl gətirə bilər.

“Mən israilli və fələstinli liderlərin mənalı danışıqları bərpa etmələri üçün səlahiyyətim çərçivəsində əlimdən gələni edəcəm”, deyə Antonio Qutteres bildirib.

Fələstinlilərin baş vasitəçisi deyib ki, Trampın bu addımı ilə Birləşmiş Ştatların Yaxın Şərqdəki sülh prosesindəki rolu diskvalifikasiya olunur.

“O, beynəlxalq qanunu, insan haqlarını pozur və fələstinlilər ilə israillilər arasındaki münaqişəni siyasi münaqişədən dini münaqişəyə çevirir,” Saib Erekat söyləyib.

Bəzi təhlilçilər deyir ki, Trampın qərarı Amerikanın başçılıq etdiyi sülh prosesinin sonuna işarədir.

“Fələstin xalqı buna icazə verməz. Buna cəhd edən hər hansı fələstinli lider isə xalqın etibarını tamamilə itirəcək. Mən bunun Amerikanın başçılığı ilə aparılan sülh prosesinin sonu olduğuna inanıram,” Brukinq İnstitutundan Xalid Elgindi bildirib.

Vaşinqtonda fəaliyyət göstərən ortodoks yəhudilərin haqları qrupunun başçısı isə deyib ki, Qüdsü İsrailin paytaxtı olaraq tanımaq sülh prosesini canlandıracaq.

“Donald Trampın bugünkü açıqlaması və səfirliyi köçürmə prosesinin başlaması fələstinlilər və digərlərinə çox mühüm mesaj göndərir. Bu mesaj isə odur ki, “əgər siz kənarda dursanız status kvo davam etməyəcək və siz üstünlüyü itirəcəksiniz. Ona görə də siz mümkün sülh prosesinə xələl gətirən hər şeyə son qoymağın yolunu tapmalısınız”, deyə Ortodoks İttifaqından Neyten Diament bildirib.

1995-ci ildə qəbul edilən qanununa əsasən, ABŞ-ın İsraildəki səfirliyi Tel-Əvivdən Qüdsə köçürülməlidir. Lakin indiyədək Trampdan öncəki bütün prezidentlər təhlükəsizlik narahatlıqları səbəbilə bu addımı təxirə salan sərəncamlar imzalayıb.

XS
SM
MD
LG