Accessibility links

Asiya Trampın regional siyasətinin nə olacağını gözləyir [Video]


Donald Tramp prezident kimi regiona ilk səfəri zamanı Asiya liderləri ilə təkbətək görüşlər həyata keçirməsi gözlənilir.

Lakin prezident Trampın Filippində baş tutacaq əsas regional zirvə toplantısında iştirak etməmək qərarı səfərin diqqətəlayiq hadisəsi kimi yadda qala bilər. Trampın iştirak etməməsi ABŞ müttəfiklərini narahat edir..

Bu sözləri Pentaqonun Şərqi Asiya üzrə keçmiş rəsmisi Abraham Denmark bildirib.

"Prezidentin Şərqi Asiya sammitindən bir gün əvvəl regionu tərk etməsi ciddi bir siqanal ola bilər. Məncə tərəflər bunu Cənub Şərqi Asiya regionuna olan potensial maraq və öhdəliklərin azalması kimi görəcək." - deyə, o bildirib.

Tramp ABŞ-ı Trans-Sakit okean tərəfdaşlığı ticarət razılaşmasından çıxardıqdan sonra ölkənin Asiya regionundakı uzunmüddətli öhdəliyi sual altında qalıb.

“Siz Trans-Sakit okean tərəfdaşlığı barədə mənfi və ya müsbət fikirlər deyə bilərsiniz. Bu tərəfdaşlıq ABŞ-da iş yerləri yaratmaq üçün deyil. Daha çox stratejik əhəmiyyəti var və nə baş verməsindən asılı olmayaraq ABŞ burda olacaq. Təəssüf ki, Tramp administirasiyası da bunu dəyişmək üçün bir yol tapa bilməyiblər.” - deyə, Milli Maraq Mərkəzinin təhlilçisi Harri Kazians qeyd edib.

Regionun inkişafı üçün daha geniş plan hazırlamaq əvəzinə Tramp Asiya siyasətinə Şimali Koreya məsələsinə daha çox üstünlük verib. Prezidentin səfəri bu planı dəyişə bilər. Lakin bu tezliklə baş verməyəcək.

“Asiyadakı tərəfdaşlarımızın axtardığı şey Obama siyasətini davam etdirilməsi deyil. Onlar bilmək istəyirlər ki, indiki dövrdə Trampın və ABŞ-ın siyasəti nədir? Prezident Trampın bu səfəri də ölkənin regiona olan münasibətini, yanaşmasını təmsil etmək üçün böyük şansdır." - deyə, Abraham Denmark əlavə edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG