Accessibility links

Prezident Trampın şəxsi diplomatiyası [Video]


Prezident Trampın şəxsi diplomatiyası
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Prezident Trampın şəxsi diplomatiyası

Dünyanın siyasi müşahidəçiləri Fransa prezidentinin Vaşinqtonda üç gün davam edən dövlət səfəri zamanı prezident Tramp ilə Emmanuel Makron arasında çoxlu sayda dostluq işarələrini müşahidə ediblər.

Bədən dili mütəxəssisi Xristofer Ulrix bu hərəkətləri analiz edir.

“Bu da güc balansı əlaqələridir. Hər ikisi digərinin üzərində üstünlük qazanmağa çalışır. Onların ilk görüşündə baş tutan 18 saniyəlik salamlaşmada da bunu görmək olar." - deyə, Xristofer Ulrix bildirib.

Cümə günü Vaşinqtonda Trampla görüşəcək Alman kansleri Angela Merkel ilə münasibətlər isə Makronla müqayisədə bir qədər fərqlidir. Keçən ilin mart ayında iki lider arasında yaşanmış olan soyuqluq hər kəsi təəccübləndirmişdi.

“Xanım Merkel Trampa doğru çevrilib soruşur ki, əl sıxışmaq istəyirsən? Ancaq o heç bir reaksiya vermir. Biz bilmirik o doğurdan eşitmirdi yoxsa qəsdən diqqətsizlik göstərirdi." - deyə, cənab Ulrix əlavə edir.

Siyasi tarixçi Met Dallek deyir ki, bu onların böyük ideoloji fərqliliklərinə görə ola bilər.

“Merkel qaçqınlar üçün tolerantlıq, açıq sərhədlər, azad ticarət, Avropa İttifaqı, NATO-nun əhəmiyyəti, Transatlantik alyansı kimi ideyaları, fikirləri özündə təcəssüm etdirir.” - deyə, Met Dallek bildirib.

Ekspertlərin sözlərinə görə, Makron və ya Merkelin öz fərqli üslubları ilə ticarət, iqlim dəyişikliyi və İran nüvə razılaşması məsələlərində Trampın fikrini dəyişdirməyə nail olub-olmayacaqları məlum deyil.

XS
SM
MD
LG