Accessibility links

Tramp inşaat planının icrası üçün təzyiqləri artırır


.

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun şosse yollarını və körpüləri təkmilləşdirmə planı ölkəni dərin məyusluqdan çıxararaq sonsuz qürur halına gətirəcək.

Çümə axşamı Ohayo ştatındakı peşə təhsil mərkəzində çıxış edən Tramp qeyd edib ki, qarşıdakı on il ərzində onun planındakı yeni tikintilər üçün yüz milyard dollar dəyərində federal hökümət puluna ehtiyac var. Ancaq plan bu günə qədər Konqres tərəfindən ciddi şəkildə dəstəklənməyib.

Bu, Trampın Ohayo səfərində porno ulduzu Stormi Danielsin televiziyada Trampla bir gecəlik münasibətini etiraf etməsindən sonra ictimaiyyət qarşısındakı ilk çıxışıdır. Storminin iddiasına görə, onların bu münasibəti 2006-cı ildə Melaniya Tramp oğlu Barronu dünyaya gətirdikdən bir ay sonra baş tutub.

Donald Trampı şəxsi vəkili və Ağ Ev rəsmiləri belə bir münasibətin olduğunu inkar etsə də, prezidentin özü bu iddialar barədə heç bir şərh verməyib.

XS
SM
MD
LG