Accessibility links

Trampın vizalarla bağlı şərhləri ABŞ-da xarici tələbələri narahat edir [Video]


İlk dəfə olaraq ötən il Birləşmiş Ştatlarda oxuyan xarici tələbələrin sayı bir milyonu keçib. Amma bəzi müəlllim və tələbələr deyir ki, növbəti prezident Donald Trampın Çin və digər ölkələrlə bağlı şərhləri ABŞ universitet və kolleclərinə gələn xarici tələbələrin sayına təsir göstərə bilər.

ABŞ–ın növbəti prezidenti Donald Trampın seçki kampaniyası zamanı immiqrasiya və vizalarla bağlı çıxışları hazırda ABŞ-da olan və bura gəlməyi planlaşdıran xarici tələbələrin diqqətini cəlb edib. Erika Vanq Baffaloda yerləşən Nyu-York Ştat Universitetinin 6 min xarici tələbəsindən biridir.

Mən onun dediklərini edib-etməyəcəyini, onun potensial siyasət dəyişikliklərinin bizə təsir göstərib-göstərməyəcəyini gözləyirəm, çünki dostlarım arasında artıq panika yaranıb.
Erika Vanq

“Mən onun dediklərini edib-etməyəcəyini, onun potensial siyasət dəyişikliklərinin bizə təsir göstərib-göstərməyəcəyini gözləyirəm, çünki dostlarım arasında artıq panika yaranıb”, deyə o bildirir.

Universitetin vitse-prorektoru Stefen Dannet deyir ki, seçki ritorikası real dövlət siyasətindən fərqli ola bilər. Amma bu yaxınlarda Çindən qayıdan Dunnettin sözlərinə görə, Tramp və Tayvanın lideri arasında baş tutan telefon danışığı Çində çoxlarının müzakirələrinə səbəb olub.

“ABŞ-ın Tək Çin siyasətindən qəflətən geri çəkilməsi çinliləri şok etdi. Bəzi çinli həmkarlarım mənə “bunun bədəli olacaq. ABŞ universitetlərində çox sayda Çin vətəndaşı təhsil alır. Bu, bizim ölkədən böyük kapital axını deməkdir və əgər siz bizi xoş qarşılamasanız, bəlkə də bizim tələbələr heç ora getməməlidir” dedi.”
Evelin Levinson Amerika Universiteinin tələbə qəbul ofisinin direktorutdur. O deyir ki, qəbul ofisinin işçiləri potensial tələbələri arxayın etmək üçün universitetin tolerantlıq mesajını vuröulayır.

“Qabaqcadan nələrin baş verəcəyini deyə bilmərik, amma artıq çox sayda suallar yaranıb. Ona görə də, payızda biz Avropadakı şəhərlərə səfər etdik. Mən özüm şəxsən Yaxın Şərqə və Mərkəzi Amerikada oldum. Bizim ofisdən bir başqa işçi Honq Konq və Sinqapura getdi.”

Beynəlxalq Təhsil İnstitutunun bildiridiyinə görə, ABŞ-a ən çox tələbə Çin, Hindistan, və Səudiyyə Ərəbistanından gəlir.

Təşkilatın prezidenti Allan Qoldman seçki nəticələrinin ABŞ universitetlərində oxuyan xarici tələbələrin sayına təsir göstərməyəcəyini düşündüyünü deyir. Təşkilatın məlumat bazası 11 sentyabr hücumlarından sonra baş verən iki illik azalma istisna olmaqla son 100 ildə heç bir böyük dəşyişikliyin olmadığını göstərir.

“Buna ABŞ-ın xarici siyasətinin özünütəcrid olduğu, ölkədə böhran və durqunluğun olduğu dönəmlər daxildir”.

O deyir ki, ölkənin ali təhsil sistemi ştat səviyyəsində idarə oluduğu üçün, federal siyasət çox böyük əhəmiyyət daşımır.

XS
SM
MD
LG