Accessibility links

Trampın xarici siyasəti - insan haqları [Video]


Trampın xarici siyasəti - insan haqları
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Trampın xarici siyasəti - insan haqları

İnsan haqları Donald Trampın xarici siyasətində necə bir rol oynayacaq?

Bu sual bu həftə Trampın kabinetinə namizədlərin təsdiqi ilə bağlı keçirilən dinləmələr zamanı qaldırılıb. Trampın mübahisəli kampaniya vədləri nəzərə alındıqda, bu məsələnin əhəmiyyəti artıb.

Hər bir xarici siyasət məsələsinə təkcə insan haqları baxımından yanaşmağı gözləmək məntiqsizlikdir, xüsusilə də məsələ Amerika xalqının təhlükəsizliyinə aiddirsə.
Reks Tillerson

Donald Tramp seçki kampaniyası zamanı deyirdi:

“Nefti saxlayın, nefti saxlayın, nefti saxlayın”

Tramp bununla İraq neftini nəzərdə tuturdu. O deyirdi ki, İraq müharibəsi zamanı ABŞ İraqdan nefti çıxarıb satmalı idi.

“Əvvəllər bir tərəf müharibədə qalib gələndə sərvət ona qalırdı.”

Human Rights Watch təşkilatının nümayəndəsi Sara Margon deyir ki, bu cür şərhlər Trampın xaricdə insan haqları məsələlərinə necə yanaşacağını göstərir.

“Biz çox narahatıq ki, bu administrasiya ya bu məsələlərlə məşğul olmayacaq, ya bununla heç maraqlanmayacaq, ya da başqa sahələrdə istədiklərini əldə etmək üçün insan haqları məsələsindən bir vasitə kimi istifadə etməyəcək.”

Marqon Trampın Rusiya prezidenti Vladimir Putin, Misir prezidenti Abdel Fəttah Əl-Sissi və ya Suriyanın prezidenti Bəşər Əl-Əsəd kimi avtokrat liderlərlə işbirliyi yaratmaq istədiyini vurğulayır.

Rodriqo Duterte
Rodriqo Duterte

Bu isə yenilik deyil. Bəzi hallarda ABŞ insan haqlarını pozan liderlərlə əməkdaşlıq edir. Amma məsələ bundadır ki, Tramp və onun hakimiyyətinin bəzi yüksək vəzifəli rəsmiləri bu liderləri hətta tənqid belə etmir.

Bu, Trampın dövlət katibi vəzifəsinə namizəd göstərdiyi Reks Tillersonun dinləməsi zamanı müşahidə edildi.

Tillerson Putinin Suriyada əməllərinin müharibə cinayətlərinə bərabər olduğunu deməkdən imtina edib. Bundan əlavə o, minlərlə insanın ölümü ilə nəticələnən narkotiklərə qarşı müharibə aparan Filippin lideri Rodriqo Duterteni tənqid etməyib. Tillerson onun yanaşmasını praqmatik adlandırıb.

Demək olar ki, insan haqlarını qorumaq bizim marağımız çərçivəsindədir, çünki bu, Amerikanın dünyada effektiv qalması üçün işbirliyi etməli olduğu ölkələrlə tərədfaşlıq və ittifaq qurmasını asanlaşdırır.
Leslie Vincamuri

“Hər bir xarici siyasət məsələsinə təkcə insan haqları baxımından yanaşmağı gözləmək məntiqsizlikdir, xüsusilə də məsələ Amerika xalqının təhlükəsizliyinə aiddirsə.”

O zaman ABŞ milli maraqları və dəyərlər arasında seçim etməlidirmi? London Universitetində təhlilçi Lezli Vincamuri buna “xeyr” cavabı verir.

“Demək olar ki, insan haqlarını qorumaq bizim marağımız çərçivəsindədir, çünki bu, Amerikanın dünyada effektiv qalması üçün işbirliyi etməli olduğu ölkələrlə tərədfaşlıq və ittifaq qurmasını asanlaşdırır.”

Tramp hakimiyyətə gəlməyə hazırlaşdığı bir vaxt isə bir şey aydındır: o, insan haqları məsələləri ilə milli təhlükəsizlik maraqlarını tarazlaşdıran nə ilk, nə də sonuncu ABŞ prezidenti olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG