Accessibility links

Trans Sakit Okean Tərəfdaşlığı layihəsi ABŞ olmadan davam etdiriləcək [Video]


Trans Sakit Okean Tərəfdaşlığı layihəsi ABŞ olmadan davam etdiriləcək
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Trans Sakit Okean Tərəfdaşlığı layihəsi ABŞ olmadan davam etdiriləcək

ABŞ-ın iştirak edib-etməməzindən asılı olmayaraq 2018-ci ildə də beynəlxalq ticarət razılaşmaları genişlənməyə davam edəcək. Buna Trans Sakit Okean Tərəfdaşlığı da daxildir. Sinqapurun ABŞ-dakı səfirinin sözlərinə görə, növbəti iki ay ərzində digər 11 ölkə də layihəyə qoşulacaq.

“Hazırda Trans Sakit Okean Tərəfdaşlığı ilə yanaşı Regional İqtisadi Əməkdaşlıq Tərəfdaşlığı üzərində işlər gedir. Bu lahiyəyə ABŞ olmasa da, 10 ASEAN ölkəsi, Çin, Hindistan, Avstraliya, Yeni Zellandiya, Yaponiya və Koreya olmaqla 16 ölkə daxildir.'' - deyə, səfir Mirpuri bildirib.

Vaşinqton Beynəlxalq Ticarət Birliyinin ticarətlə bağlı illik müzakirələrində danışan Mirpuri bildirib ki, Sinqapurun hədəfi dünyanın ən böyük azad ticarət zonasına daxil olmaqdır. Ancaq təəssüflər olsun ki, çox zaman ticarə mənfəətlərə siyasi obyektivdən baxılır.

“Biz bu gün ticarət vasitəsi ilə həm daxili, həm də dünyanın digər hissə ilə əlaqələr qururuq. Lakin, biz universal həqiqətin siyasi cəhətdən qəbul olunmadığını da gözardı edə bilmərik.'' - deyə, Avropa Birliyinin ABŞ üzrə diplomatı Deyvid Sullivan qeyd edib.

Prezident Trampın sözlərinə görə, əgər daha yaxşı saziş şərtləri əldə olunarsa ABŞ yenidən Trans Sakit Okean Tərəfdaşlığına qoşula bilər. Lakin iqtisadçılar bildiriblər ki, onun ticari izafiliyə fokuslanması təcarətin daha geniş imkanlarını məshdudlaşdırır.

Brüsseldə yerləşən araşdırma mərkəzinin iqtisadçısı Uri Daduşun sözlərinə görə, Tramp administirasiyasının idxal edilən günəş panelləri və paltaryuyan maşınlarının tarif dərəcələrini artırmaq barədə verdiyi qərar ABŞ məhsullarını idxal edən digər ölkələr əks-tarif reaksiya ilə qarşılanacaq.

İqtisadçılar bildiriblər ki, dünyanən ən böyük iqtisadi gücünə malik ABŞ-ın satın alma və biznes imkanlarını göz ardı etmək mümkün deyil. Ancaq bəzi ticarət mütəxəssisləri xəbərdarlıq edir ki, Amerika üçün yaxşı olanın dünya üçün yaxşı olması düşüncəsi Çinin artmaqda olan iqtisadi təsirini gücləndirməklə yanaşı, ABŞ-ın xaricdəki investorları üçün də müəyyən çətinliklər yarada bilər.

XS
SM
MD
LG