Accessibility links

Transatlantik sorğu ABŞ və Avropada ictimai fikirdə oxşarlıqları müəyyən edib


Sorğu ABŞ, Avropanın 13 ölkəsi və Rusiyada aparılıb

Birləşmiş Ştatlar və Avropa İttifaqında ictimai rəy sorğusu avropalıların iqtisadi çətinliklərə baxmayaraq, avronu dəstəklədiyini müəyyən edib. Sorğuda Atlantik okeanın hər iki tayında insanların iqtisadi təsisatlardan narazı qaldığı, rusların isə son 10 ildə ilk olaraq amerikalılar və avropalılardan tamamilə fərqli baxışlara malik olduğu göstərilir.

ABŞ-ın Alman Marşal fondunun açıqladığı Translantik tendensiyalar adlı sorğuya əsasən, Birləşmiş Ştatlar və Qərbi Avropa ölkələrində ümumi siyasi kursdan əsas etibarilə razılıq müşahidə olunduğu halda, Avropanın Almaniya və İsveç kimi zəngin ölkələrində hökumətin iqtisadi siyasətindən narazılıq mövcuddur.

Avropanın 13 ölkəsi, Birləşmiş Ştatlar və Rusiyada iyun ayında aparılan sorğuda göstərilir ki, insanların əksəriyyəti öz ölkələrinin iqtisadi sisteminin hamı üçün bərabər deyil, yalnız bir neçə insanın mənafeyinə xidmət etdiyinə inanır.

Sorğu ruslar və bəzi hallarda türklər arasında ictimai fikrin qərbi avropalılar və amerikalılardan kəskin fərqləndiyini aşkar edib. Sorğuya əsasən, ABŞ-da və Qərbi Avropada Rusiyaya müsbət münasibət mövcuddursa, türklərin böyük hissəsi Avropa İttifaqı və ABŞ-a mənfi münasibət bəsləyir.

Rusların seçkilərə münasibəti ilə bağlı suala respondentlərin 46 faizi Vladimir Putinin prezident seçilməsi ilə nəticələnmiş seçki prosesinə etibar etmədiyi cavabını verib. Respondentlərin 43 faizi isə seçkilərə etibar etdiklərini deyib.

Təzadlı görünsə də, rusların 69 faizi cənab Putinin özünə etibar etdiyini bildirib, 37 faizi isə ölkə qanunvericiliyinə inandığını deyib.

Bu, Marşal Fondu tərəfindən aparılan 10-cü Transatlantik sorğudur.
XS
SM
MD
LG