Accessibility links

Transparency International: Korrupsiya zorakı ekstremizmin səbəblərindən biridir


Mosul, Iraq

Transparency International təşkilatı korrupsiyanın zorakı ekstremizmin səbəblərindən biri olduğunu bildirib.

Beynəlxalq anti-korrupsiya təşkilatının bildirdiyinə görə, beynəlxalq ictimaiyyət korrupsiya əleyhinə səyləri İŞİD və Boko Haram kimi ekstremist qruplara qarşı aparılan mübarizənin əsas prioritetlərindən birinə çevirməlidir.

Təşkilatın çərşənbə axşamı günü açıqladığı hesabatda bildirilir ki, hökumət orqanlarında korrupsiya militantlara ictimai qəzəbdən istifadə edərək, öz sıralarına döyüşçü cəlb etmək, silah dövriyyəsinə nəzarət etmək və hərbi qüvvələr kimi ictimai təsisatları ekstremist təhdidlərə nəzarət edə bilmək vasitələrindən məhrum edərək zəiflətmək imkanı verir.

Boko Haram ekstremit qrupunun döyüşçüləri
Boko Haram ekstremit qrupunun döyüşçüləri

"Beynəlxalq ictimaiyyət İŞİD kimi qrupların dini ritorikası məsələsinə diqqət yetirərək, bu kimi qrupların "ideologiyasına" qarşı səyləri genişləndirir və onların güclənməsinə gətirib çıxaran maddi şəraiti tamamailə nəzərdən qaçırır"-deyə Transparency International təşkilatının Müdafiə və Təhlükəsizlik məsələləri üzrə direktoru Ketrin Dikson bildirib.

Hesabatda İŞİD döyüşçülərinin İraqın qərbində və Suriyanın şərqində geniş əraziləri ələ keçirdiyi vaxt 2015-ci ildə İraqın əsas strateji şəhərlərindən biri olan Mosulun nəzarətini ələ aldığı qeyd edilib. Mosulun nəzarətini İraq qüvvələrinin şəhərin müdafiəsini təmin edə bilməməsinə görə itirilmişdi.

Mosulun azad edilməsi şəhərin nəzarətinin yaraqlılardan geri alınması bu gün hərbi qüvvələrin əsas hücumunun hədəfidir.

İŞİD həmçinin Liviyada bir vaxtlar nəzarət etdiyi ərazilərin böyük hissəsini itirsə də, ölkənin uzun müddət lideri olmuş Müəmmar Qəzzafinin hakimiyyətdən devrilməsindən sonra sabitliyin təmin olunmamasından faydalana bilib.

Qrupla bağlı əsas narahatlıq bəlkə də onun fanatizmi ilə əlaqədar deyil, onun fanatizmi narazı ictimaiyyətdə rezonans yaradan mesajlarla birləşdirərək, zorakı sona çatdırmasından ibarətdir.

Transparency International bildirir ki, ekstremistlər korrupsiyanın uzun zamandır mövcud olduğu Liviyada korrupsiya məsələsindən istifadə edə bilib. Eyni zamanda, onların ölkədə təşəkkül tapmasına müvəqqəti hökumətin liviyalılar üçün təhlükəsiz şəraiti təmin edə bilməməsi yol açıb.

Təşkilatın açıqladığı hesabatda Nigeriyada Boko Haram ekstremist qrupu da qeyd edilib. Hesabatda deyilir ki, qrupun fəaliyyətə başladığı ilk illər platformasının əsasında anti-korrupsiya və anti-elita ritorikası durub.

"Təhlükəsizlik qüvvələri və yüksək səviyyələrdə saxtakarlıq və orudada korrupsiya qrupun mesajının əks-səda tapdığını göstərir"-deyə hesabatda bildirilir.

İŞİD qrupuna gəldikdə Transparency International bildirir ki, qrup öz mesajlarında özünü Yaxın Şərq ölkələrinin hökmətlərinin olmadığı bir şəkildə təmiz göstərmək istəyr.

Beynəlxalq ictimaiyyət İŞİD kimi qrupların dini ritorikası məsələsinə diqqət yetirərək, bu kimi qrupların "ideologiyasına" qarşı səyləri genişləndirir və onların güclənməsinə gətirib çıxaran maddi şəraiti tamamailə nəzərdən qaçırır.

"İŞİD-in mesajı aydındır: hökumətlər korrupsiyalaşıb, kiçik, təmsil olunmayan bir elitanın maraqlarını güdür. Onlar öz vətəndaşlarına xidmət göstərmir. İŞİD isə o biri tərəfdən, öz diqqətini ədalət, yaxşı idarəçilik və xidmət göstərməyə yönəldib"-deyə hesabatda bildirilir.

Transparency International bu mesajların "xarici zorakı müdaxilələr və on illərdir təriqət zəminində ayrı-seçkiliklə" qarşılaşan iraqlılar və suriyalılarda rezonans doğurduğunu bildirir.

"Qrupla bağlı əsas narahatlıq bəlkə də onun fanatizmi ilə əlaqədar deyil, onun fanatizmi narazı ictimaiyyətdə rezonans yaradan mesajlarla birləşdirərək, zorakı sona çatdırmasından ibarətdir"-deyə hesabatda bildirilir.


XS
SM
MD
LG